20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Şəhidimiz Naxçıvanda anıldı

 Şəhidimiz Naxçıvanda anıldı

İyulun  15-də Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid mayor Vüsal Vəliyevin doğum günüdür.

Qəhrəman şəhidimizin xatirəsi dəfn olunduğu Şərur şəhər şəhidlər xiyabanında anılıb. Şəhid mayor Vüsal Vəliyevin məzarı ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görüləcək işlərdən bəhs edərək bildirib ki, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri şəhid ailələrinin və qazilərin sosial qayğılarının diqqətdə saxlanılmasıdır.

Digər çıxış edənlər şəhid Vüsal Vəliyevin  döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə torpaqlarımızın düşməndən azad edildiyini bildiriblər.

Şəhidin qohumlarından olan balaca fidanlar mayor Vüsal Vəliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonra şəhidin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Şəhid Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub.  Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl rayonlarında Murovdağ silsiləsində xidmət keçən Vüsal Vəliyev 2016-cı ildə aprel döyüşlərinin qəhrəmanlarından olub. O, hərbi xidmət dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı ilə təltif edilib.

Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Şuşaya qədər şanlı döyüş yolu keçib. Noyabrın 9-da Şuşa şəhəri ərazisində gedən hərbi əməliyyatlar zamanı xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Vüsal Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən  “Vətən uğrunda” medalı ilə təltif edilib. Həmçinin qəhrəman hərbçimiz döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə” medalı  və “Azərbaycan  bayrağı” ordeni ilə təltif edilib.

 

İlham Vəliyev

nuhcixan.az

Paylaşın:

Digər yazılar