23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Mirismayıl Xələfli yazır:Azərbaycan mətbuatı reyestr bəhanəsi ilə niyə çərçivəyə alınır?

 Mirismayıl Xələfli yazır:Azərbaycan mətbuatı reyestr bəhanəsi ilə niyə çərçivəyə alınır?

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb

2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.

Bəs indi Azərbaycan mətbuatı reyestr bəhanəsi ilə niyə çərçivəyə alınır?

YeniZamantv.az xəbər verir ki, Xəbəral.az-ın araşdırmasına görə, reyestr layihəsini Azərbaycan hökumətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev hazırlayıb və təqdim edib.Bu cızmanın məqsədi azad mətbuatı boğmaq, inkişafdan qoymaq, tezisli və asılı media formalaşdırmaqdı. Dünyanın heç bir inkişaf etmiş ölkəsində mətbuatın reyestri adlı bir taktika yoxdur. Hətta qardaş ölkə Türkiyə də belə!

Əslində məqsəd dövlət tərəfindən ayrılan pulları Media İnkişaf Agentliyinin əli ilə rahat şəkildə yeməkdir.

Agentliyin direktoru Əhməd İsmayılovun və ətrafındakıların bu pullardan yararlanıb-yararlanmadığı aşkarlanmalıdır.

Agentliyin reyester oyunu nəyə hesablanıb? Niyə qanunun bütün tələblərini pozurlar? 20 xəbər siyasəti büroktarik əngəl və dünya reytinqlərində ölkəmizin geriləməsinə hansı tövhələri verir?

Ümumiyyətlə MEDİA kimə lazımdır?

Əslində “Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.”

Amma bizdə, Medianın İnkişafı Agentliyi öz işindən başqa hər işlə məşquldular.

Bir qurup adamlar siyahılar tərtib edir, idarə və müəssələrə, özəl şirkətlərə göndərir ki, ancaq bu saytlarla əmakdaşlıq olunsun.

Həqiqətən Azərbaycan mətbuatı gülünc vəziyyətə gətirilib.

Medianın İnkişafı Agentliyinin də tabeçiliyi birbaşa ölkə prezidentinədir. Ölkə başçısı məsələlərlə obyektiv məşğul olması üçün həmin quruma Əhməd İsmayılovu rəhbər təyin edib. Amma, görünür ki, ölkədə fəaliyyət göstərən əksər məmurlar kimi Əhməd bəy də özünü müstəqil qərar verə bilən “sahibkar” kimi hiss edir və “könlünə yatmayan” saytların, yaxud jurnalistlərin müraciətlərinə “imtina imzalayıb” yola salır.

Ümumiyyətlə Reyestr xidməti bizə lazımdır?

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsini qanuna salması…

Bu maddə o deməkdir ki, Azərbaycanda mediaya basqı, təzyiq mövcuddur və bu basqını Əhməd qanunu əlində bayraq edərək edir. Hansı ki, qanunu da Əhməd hazırlayıb.

Qanunun bu maddəsində yazılır ki, Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə müraciət etməlidir.

Bu bir başa Müstəqil Media fəaliyyətinə əngəldir, mətbuata basqıdır, jurnalistə limit qoymaqdı, onu nəzarət və kölə kimi asılı saxlamaqdır.

Belə bir sual yaranır? Bu qədər narazılıq, kin-küdrət, ayrıseçkilik yaranıbsa niyə MEDİA reyestr hoqqasını ləğv etmir?

Özünə ayıb sayır?

Medianın İnkişafı Agentliyi niyə özünə bu qədər nifrət etdirir?

Əslində Əli Həsənov medianın başından getdikdən sonra sanki bütün mətbuatın uzü güldü. Amma nə olsun ki, bu sevinc çox keçmədi ki, MEDİA özünə Əli Həsənovdan çox nifrət qazandı.

Mən deyərdim ki, Azərbaycan mətbuatına nəzarəti bir başa hüquq Mühafizə orqanları həyata keçirsə daha yaxşı olar. Çunki müstəqil mətbuat daha çox hüquq mühafizə orqanları ilə əməkdaşlıq edir.

Hüquq Mühafizə orqanları dedik də, fərqi yoxdur DİN, Prokurorluq və DTX.

Çünki onlar daha yaxşı görür və bilir ki, hansı jurnalist nə iş görür, nə etmək istəyir.

Azərbaycanın müstəqilliyinin inkişafı yolunda hüquq -mühafizə orqanları Medianın İnkişafı Agentliyindən daha yaxşı işlər görür.

Mənə elə gəlir ki, Milli Mətbuatın yaranması gününə jurnalistlər üçün ən böyük hədiyyə Medianın İnkişafı Agentliyinin yaratdığı geydirmə reyestrin ləğvidir.

İnanınrıq kı, Mətbuatın dostu cənab prezident İlham Əliyev bizə yenidən bu yaxşılığı edəcəkdir.

Cənab Prezident bizi bu bəladan xilas edin.

Çünki Medinanın İnkişafı Agentliyinin Reyestri bu ölkəni uçruma aparır.

Mən Əhməd İsmayılovun çirkab Reyestrinə düşməyəcəm!

Mirismayıl Xələfli Xəbəral.az saytının rəhbəri

P.S. Əslində yuxarıdakı yazıda ciddi məsələyə toxunulub.Vəziyyət o qədər acınacaqlıdır ki, QHT- lərə Dövlət Dəstəyi Agentliyi də məcbur edir  layihələrin təbliğatı ilə bağlı yazılarını Əhməd İsmayılovun Reyestrindən keçmiş saytlara verəsən.Yoxsa orada getməsə informasiya təbliğatına ayrılan vəsaiti tutub əlindən alacaqlar. Bəs illərdir əvvəllər Şuranın , indi Agentliyin xətti ilə yaradılan saytların taleyi necə olsun? Film kimi ölkədə yaşayırıq. Media oradan, QHT buradan sıxışdırılır. Allah axırını xeyr etsin!

Paylaşın:

Digər yazılar