23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT Agentliyinin bu özbaşınalığına nə ad verək?

 QHT Agentliyinin bu özbaşınalığına nə ad verək?
Bir müddətdir QHT-lərə Dövlət Dəstəyi Agentliyi ətrafında təşkilat rəhbərlərinin narazılıqları yer alıb.
Narkoekspert,  Regional Sosial Təşəbbüslərə Dəstək ictimai birliyinin sədri Emil Maqalov QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bir çox qanunsuzluqlarından yazır. Bu dəfəki mövzu  da maraq doğurduğundan olduğu kimi təqdim edirik. 
Emil Maqalov öz sosial şəbəkə hesabında yazır: QHT Agentliyinin bu özbaşınalığına nə ad verək?
Bu quruma nəzarət edənlər niyə göz yumur?
Bir müddət öncə #QHT Agentliyi qrant elanının nəticələrini açıqladı. Nəticələrdən narazı kimi bir qrup QHT Prezident Administrasiyasına şikayət etdi.
Sonra hərəni bir yolla sakitləşdirdilər. Agentlikdən bildirdilər ki, bu Müşahidə Şurasının səhvidir.
Amma bu günlərdə maraqlı mənzərə ortaya çıxıb. Bəzi QHT lərə müsabiqədənkənar qrant veriblər.
Onlardan birini misal göstərim. Araşdıra bilərsiniz. Azərbaycan-Bolqarıstan Dostluğunun Inkişafına Yardım Ictimai Birliyinə 10 min manat verilib.
Mənim o təşkilata heç bir etirazım yoxdur. Bacarıb edib. Bacarana can qurban.
Bəs bizim səsimiz, fəaliyyətimiz, dövlətə xidmətimiz bu təşkilatın fəaliyyətindən azdırmı?
Mənimlə qanunla danışanlar. Bəs “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində :
“Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrantlar müsabiqə əsasında verilir” yazılıb axı. Bəs hardadı bu təşkilatın sonradan qalib olduğu müsabiqə elanı?
Harada açıqlamısınız nəticələri?
Mən dəfələrlə qeyd etdim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi şəxsi MMC yox, dövlət agentliyidir.
Bəs cavabdeh qurumlar hara baxır?
Paylaşın:

Digər yazılar