22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Ailə, qadın və uşaq mövzuları mediada” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub

 “Ailə, qadın və uşaq mövzuları mediada” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub

19 iyul 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin jurnalistlər arasında elan etdiyi “Ailə, qadın və uşaq mövzuları mediada” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

YeniZamantv.az xəbər  verir ki, qonaqları salamlayan Bahar Muradova bildirib ki, ictimaiyyətin diqqətini ailə, qadın və uşaq məsələlərinə cəlb etmək, cəmiyyəti düzgün istiqamətə yönəltmək, problemləri öyrənərək çətinlikləri aradan qaldırmaq istiqamətində səylərimizi birləşdirmək mühüm əhəmiyyət kəsb edir. Bu vacib məsələdə əsl dostlarımız və silahdaşlarımız isə media nümayəndələridir.

Dövlətimiz tərəfindən mətbuatın ictimai və siyasi həyatda rolunun artırılmasının önəmindən bəhs edən Komitə sədri, media nümayəndələrinin sosial vəziyyəti və siyasi proseslərdə iştirakı məsələsinin daim diqqətdə saxlandığını bildirib: “Mətbuat sahəsində Azərbaycanın özünəməxsus ənənəsi var. Biz şərq və islam dünyasında bu istiqamətdə çox ciddi və yaddaqalan bir ənənə formalaşdıran ölkəyik. Mətbuat sahəsində böyük iz qoymuş H. Zərdabinin ardıcılları olan bugünkü nəsil məhz həmin şəxsiyyətə və onun zamanında atdığı addımlara minnətdarlıq hissi ilə yanaşır. Azərbaycan məhz bu şəxsiyyətin timsalında həmin çətin dövrdə belə bir mətbuat ağacının formalaşması, inkişafı və hər zaman yaşıl qalması işinin bünövrəsində dayanıb.”

B.Muradova bildirib ki, ictimai fəalların, siyasət adamlarının fəaliyyətinin böyük bir hissəsini məhz mətbuatla iş, onların vasitəsilə əks əlaqələrin qurulması təşkil edir. Komitə də bu istiqamətdə həm ənənəvi, həm də müasir media orqanlarının nümayəndələri ilə ciddi əməkdaşlıq edir və hər birinin əməyini qiymətləndirir, iştirakını vacib hesab edir. Cari ilin birinci yarımilliyində 115 media müraciətinin cavablandırıldığını diqqətə çatdıran Bahar Muradova qeyd edib ki,  media vasitəsilə bu və ya digər məsələ haqqında fikrimizi bildirmişik, mövqeyimizi çatdırmışıq.  Onların içərisində sosial şəbəkədən gələn müraciətlərin də sayı kifayət qədərdir və getdikcə artım tendensiyasına malikdir.

Jurnalistlər arasında elan edilən müsabiqə haqqında məlumat verən sədr bu kimi layihələrin davamlı olacağını qeyd edib. O, təqdim edilən yazı və süjetlərin qiymətləndirilməsi prosesində iştirak edən münsiflər heyətində təşəkkür edib.

Sonra Komitənin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva müsabiqəyə dair məlumatları özündə əks etdirən təqdimatla çıxış edib.

Daha sonra müsabiqənin nəticələri açıqlanıb.

Belə ki, müsabiqədə fərqləndiyinə görə:

“Selektiv abortlar, günahkar qadın” – Zərif cinsin hüquqları niyə pozulur? selektiv abortlar haqqında araşdırması ilə Könül Cəfərli (Oxu.az ),

“Yaralarına məlhəm olan cütlük” sağlamlıq imkanları məhdud ailə haqqında hekayəsi ilə Aygün Əziz (“Kaspi” qəzeti),

“Azərbaycanda elm qadınları və onların elmə töhfələri” araşdırması ilə Ramid İbrahimov (Bakıvaxtı.az)

“1 il 7 ay əsirlikdə olan qadın erməni vəhşiliyindən danışdı” süjeti ilə Ülkər Qasımova ( “Xəzər” TV)

“Gecikirik…-Qadın, həyat yoldaşı, ana-Uşaqlar”  erkən nikah haqqında araşdırması ilə Törəxanım Zeynallı (Eurasia Diary” Beynəlxalq Analitik İnformasiya Portalı),

“Erkən nikah kabusu: Qız yükü, duz yüküdürmü?” erkən nikah haqqında araşdırması ilə Yaqut Aslanova (“İki sahil” qəzeti),

“Onların hüquqları niyə pozulur” uşaq əməyi haqqında süjeti ilə Rövşən Tahirova (ATV) diplom və hədiyyələrlə təltif edilib.

Sonra ilk 3 yer mükafatlandırılıb.

“Zil, Raf, İkarus sürən qadın necə biznes qurdu” qadınların qeyri-ənənəvi sahələrdə iştirakı mövzusunda sürücü qadın haqqında süjet ilə İlahə Azakova (“İctimai” Televiziya) 1-yer,

“Qadına şiddətin cəzası” məişət zorakılığı haqqında araşdırma süjet ilə Nərgiz Məmmədəliyeva (ARB TV) 2-ci yer,

“Oxucular üçün sensasiya, yoxsa qorunmalı qayda və dəyərlər” mövzusunda araşdırması ilə Şəfiqə Məlikova (Report İnformasiya Agentliyi) 3-cü yer seçilib.

Birinci yerin qalibi İlahə Azakova sevinc hisslərini bölüşərək, müsabiqənin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlünü bildirib.

Daha sonra müsabiqənin Münsiflər heyəti adından çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli müsabiqənin təşkilinə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Vurğulayıb ki, müsabiqə olduqca obyektiv formada təşkil olunmuşdu və kifayət qədər peşəkar materiallar təqdim edilmişdi.

Müsabiqəyə təqdim edilmiş materialların peşəkarlığına və janrların müxtəlifliyinə diqqət çəkən M.Ələsgərli bildiriib ki, artıq bu sahədə kifayət qədər bilgili jurrnalistlərimiz var.

Sonra müsabiqədə iştirak edən bütün media nümayəndələri diplomla təltif edilib və müsabiqə materiallarını qiymətləndirdiklərinə görə münsiflərə təşəkkürnamələr təqdim edilib.

                          

 

Yekunda xatirə fotosu çəkilib.

 

Paylaşın:

Digər yazılar