23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Vətənpərvərlik etüdləri”

 “Vətənpərvərlik etüdləri”

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş YAP Yasamal rayon təşkilatı, Yasamal rayon Heydər Əliyev Mərkəzi, Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Alban-Udi Dini İcması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Vətənpərvərlik etüdləri” çərçivəsində “Qəbələ mənzərələri” adlı etüd-sərgi və Udi İcması ilə görüş təşkil olunub.

YeniZamantv.az xəbər verir ki, layihə və etüd rəhbəri Aygün Əzizovanın olduğu 25 nəfərlik rəssam qrupu etüddə  iştirak edib.  Öncə etüd iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdiblər . Abidə önünə tər gül dəstələri qoyulub, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinə dualar oxunub. Yasamal Rayon Heydər Əliyev mərkəzində baş tutan 100 illik sərgi-müsabiqədə qalib olan rəssamların əsərləri Qəbələ şəhər Heydər Əliyev Mərkəzində  sərgilənib. Sərgidə qonaq qismində Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov da iştirak edib.

         

Etüd iştirakçıları Udi icması ilə görüşüblər. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilli və icma nümayəndələri etüd iştirakçılarını yüksək qonaqpərvərliklə qarşılayıblar.
Robert Mobilli Udi icmasının fəaliyyətindən, dövlət qayğısından bəhs edib.

         

Etüddə iştirak edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bu görüşlərin Azərbaycan multikulturalizminə, tolerantlığına  töhfə olduğunu bildiriblər. Belə görüşlərin gənclərin dünya görüşünün inkişafında, vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını nəzərə çatdırıblar. Etüd iştirakçılarına uğurlar arzulanıb .  Qonaqlar ziyarət zamanı  Müqəddəs Yelisey ( Cotari ) adına Alban kilsəsi və Müqəddəs Məryam ( Bulun ) adına  Alban Kilsəsi haqqında geniş məlumat verilib. Etüd Müqəddəs Yelisey ( Cotari ) adına Alban Kilsənin ərazisində baş tutub. Rəssamlar multikulturalizmin mənbəyi olan Azərbaycanın və Qəbələ şəhərinin gözəlliklərini kətana köçürüblər. Etüdlər açıq havada sərgilənib və qalib rəssamlar diplomlarla təltif olunublar.

 

               

 

               

 

 

Xatirə olaraq çəkilən etüdlər Alban-Udi Xristian dini icmasına hədiyyə olunub.
Etüd iştirakçıları nahar süfrəsində Udi mətbəxinin  təamlarından dadıblar.

Sonda xatirə fotoları çəkilib .

Paylaşın:

Digər yazılar