22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Mədəniyyət Nazirliyi ilə bağlı daha bir qalmaqal

 Mədəniyyət Nazirliyi ilə bağlı daha bir qalmaqal
20 iyul 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu keçirildi.
YeniZamantv.az-da seçkini izlədi.
Seçki zamanı Mədəniyyət nazirinin müavininin qaynanasının İctimai Şuraya seçilməsi ciddi narazılığa səbəb oldu.
Narazılardan biri olan jurnalist Xanoğlan Əhmədov məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini paylaşıb:
“Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu başa çatdı. Öncə, seçilənləri təbrik edib keçirəm mətləbə. Hörmətli Mədəniyyət naziri, əgər bu seçkidə sonda sizin “dobro” verdiyiniz siyahı keçəcəkdisə, digər namizədlərə bunca stress yaşatmağa nə ehtiyac vardı? Yaxud müavininizin qayınanası İctimai Şura üzvü olmasaydı, dünya dağılacaqdı? Yaxud İctimai Şuranın gələcək sədri olacaq (dəqiq məlumatdır) Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2016–2022), 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən “ADA” Universitetində “Azərbaycançılıq” kursunu tədris edən hörmətli professor Nizami Cəfərov bu qədər vəzifələri icra etmək üçün vaxt tapa biləcək? Cənab nazir, heç olmasa, 2-3 nəfərin sizin siyahıdan kənar seçilməsini özünüzə rəva bilmədiniz? Hələlik, bu qədər. Mövzuya yenidən qayıdacam”.
Maraqlıdır, İctimai Şuraya seçilən qayınana kimdir?
Həmin  şəxs Bəyimxanım Verdiyevadır. Onun Mədəniyyət nazirinin müavini Murad Hüseynovun qayınanası olduğu bildirilir.
Paylaşın:

Digər yazılar