20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Jurnalist yaxşı maaş almalıdır ki… – Seymur Verdizadə

 Jurnalist yaxşı maaş almalıdır ki… – Seymur Verdizadə

“Son illər Azərbaycan jurnalistikası müsbət dinamika üzrə inkişaf edir, jurnalist peşəkarlığının artırılması istiqamətində xeyli iş görülüb. Çoxlu sayda gənc, istedadlı imzalar yetişib. Bu sektoru könüllü seçən gənclərin sayı xeyli artıb. Bunlar bizi sevindirir”.

YeniZamantv.az  xəbər verir ki, bu sözləri iqtisadiyyat.az-a Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.

S.Verdizadə bildirib ki, mətbuatın sözün həqiqi mənasında “dördüncü hakimiyyət”ə çevrilməsi üçün hələ çox çalışmaq lazımdır:

“Təəssüf ki, milli media resurslarımızın maddi-texniki bazası zəifdir. Redaksiyalarda əməkdaşların sayı azdır. Bəzən 10 nəfərin işini 5-6 nəfər görməli olur. Bunun müqabilində isə verilən əməkhaqqı azdır. Hesab edirəm ki, jurnalistlərin maddi durumunun yaxşılaşmasının qeydinə qalınmalıdır. Azərbaycanda KİV-lər reklamdan ciddi gəlir götürə bilmirlər. Böyük şirkətlər media ilə işləməyə o qədər də həvəs göstərmirlər. Nəticədə jurnalistlərin yüksək məvacib alması mümkün olmur. Jurnalist yaxşı maaş almalıdır ki, onun gözü başqa adamların əlində olmasın. Biz yalnız azad, müstəqil, güclü mətbuat yaratmaqla vətəndaş cəmiyyəti quruculuğuna töhfə verə bilərik”.

Paylaşın:

Digər yazılar