24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ermənistandan dünyanın gözlədiyi “son bir addım” – Şuşadan mesaj…

 Ermənistandan dünyanın gözlədiyi “son bir addım” – Şuşadan mesaj…

Samir Adıgözəlli: “İmza atmamaq Ermənistanın çöküşü, onun növbəti dəfə regional layihələrdən kənarda qalmasına səbəb olacaq”

“Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

“Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Ermənistan Şuşadan verilən bu mesajdan hansı nəticəni çıxarmalıdır?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmslar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, üçtərəfli razılaşmadan keçən üç ilə yaxın müddət bir çox reallıqları ortaya qoydu: “Bəllidir ki, Azərbaycan postmünaqişə dövründə regionda sülh səyləri ilə yadda qalıb və xarici siyasət xəttində də bu prinsipə söykənir. Artıq Ermənistanda qismən də olsa, başa düşməyə başlayıblar ki, revanşizm cəhdləri heç bir fayda verməyəcək. Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan başqa yol yoxdur. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi də onun xilası ola bilər. Müsbət olan hallardan biri odur ki, sülh müqaviləsinin imzalanmasında israrlı olan tək Ermənistanın baş naziri Nikol Paşinyan deyil, erməni cəmiyyətinin müəyyən dairələri də bu reallığı dərk etməyə başlayıb. Anlamağa çalışırlar ki, əsrlər boyu beyinlərinə yeridilən azərbaycanafob, türkofob siyasətin sonu yoxdur. Bu siyasət də şahidi olduqları məğlubiyyətə gətirib çıxarır. İşğalçı siyasət, başqasının torpağını işğal altında saxlamaq heç kimə, o cümlədən Ermənistana xeyir gətirmədi. Reallıqları dərk etməyə başlayan rəsmi İrəvan artıq sülh danışıqlarına gedir. Ümid etmək olar ki, Ermənistan rəhbərliyi sülh müqaviləsinin imzalanmasına qarşı olan qüvvələrin müqavimətini qırıb yekun sazişə imza atsın. Bu yolun alternativi də yoxdur. İmza atmamaq Ermənistanın çöküşü, onun növbəti dəfə regional layihələrdən kənarda qalmasına səbəb olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Paylaşın:

Digər yazılar