Mediator Klubunun növbəti görüşü olub
Mediator Klubunun növbəti görüşü keçirildi.
Bu gün Mediasiya Şurasının təşəbbüsü ilə mediatorlar arasında kommunikasiyanın gücləndirilməsi, mediatorların bir-birlərini daha yaxından tanıması və uğurlu mediasiya proseslərində birgə iştiraka dəstək məqsədi ilə Mediator Klubunun növbəti görüşü olub.
Mediator Klubunda mediatorlar, mediasiya təşkilatları öz töhfələri çərçivəsində iştirak etməklə səhər yeməklərində bir araya gəlir, bir-birlərini daha yaxından tanıyır və təcrübədə rast gəlinən məsələləri birgə müzakirə edirlər. Sayca 3-cü olan görüşlərin isə bu dəfəki fəxri qonağı Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella xanım Cəfərova və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə xanım Babayeva olmuşdur.