20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib

 Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib

Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş torpaqlarımızda daimi məskunlaşmanın təmin olunması məqsədilə  Ədliyyə Nazirliyi tərəfindən müasir innovasiyalar tətbiq olunmaqla hüquqi xidmətlərin göstərilməsi davam etdirilir.

Rezonans.az xəbər verir ki, iyulun 22-23-də nazirlik tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan – Şuşa şəhərində, habelə Zəngilan və Laçın rayonlarında yaşayan əhaliyə, genişmiqyaslı yenidənqurma işlərinə cəlb olunan işçilərə və bu ərazilərdə xidmət göstərən hərbçilərə, digər peşə sahiblərinə notariat hərəkətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı nazirliyin mobil tətbiqləri vasitəsi ilə əlavə sənəd tələb olunmadan elektron informasiya resursları əsasında ədliyyə xidmətləri göstərilib.

Səyyar qəbullar zamanı, həmçinin vətəndaşlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətlərindən istifadə imkanları diqqətə çatdırılıb, müvafiq bukletlər paylanılaraq onları maraqlandıran suallar cavablandırılıb.

Vətəndaşlarımız onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirərək yerlərdə belə xidmətlərin təşkilini rəğbətlə qarşılayıblar.

Paylaşın:

Digər yazılar