20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Cinayət varsa cəza mexanizmi işə düşməlidir

 Cinayət varsa cəza mexanizmi işə düşməlidir

Ermənilərin 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı törətdiyi soyrıqımlara bu vaxta qədər dünya ictimaiyyəti etinasız yanaşıb. Cinayət törədənlər isə məsuliyyətdən yayına biliblər. Cəzasızlıq mühiti bölgədə hər zaman sabitliyə təhdid olaraq qalır.

Bu baxımdan terrorçu Vaqif Xaçatryan Çerkezoviçin həbsi çox doğru  və ədalətlidir.  Şübhəsiz ki, Azərbaycanın ərazisində terrorçuların qalması bölgədə gərginliyi artırır. Bu baxımdan terrorçuların həbsi davamlı olmalıdır. Sadəcə olaraq bu məsələlərlə bağlı  beynəlxalq arenada geniş izahatlar aparılmalıdır.

Müharibə cinayətləri və dinc insanlara qarşı soyqırım törədənlərlə bağlı dünya məhkəmələrində kifayət qədər nümunələr var. Bu dəfələrlə qeyd olunub. II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar yaxşı təcrübədir.

 

Əkrəm Bəydəmirli

Paylaşın:

Digər yazılar