QHT yeni layihənin icrasına başlayır.
YeniZamantv.az xəbər verir ki, “Azərbaycan Əlillər Cəmiyyəti” ictimai birliyi yeni layihənin icrasına başlayıb.Layihə belə adlanır: Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili.
Layihə Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Xədicə Mikayılovanın YeniZamantv.az-a verdiyi xəbərə görə layihə üç ay icra olunacaq, 01.07.2023-29.09.2023 –cü tarixlərə qədər həssas qruplarla iş aparılacaq. “Azərbaycan Əlillər Cəmiyyəti” ictimai birliyinin sədri onu da xüsusi vurğulayıb ki, əslində ictimai birlik həssas qruplarla fəaliyyətini bütün ili qurur. Layihənin məqsədi həssas əhali qrupunun da ictimai işlərə cəlb olunması, iştirakı, sosial aktivliyinin artırılmasıdır. Məqsədlərə çatmaq üçün hədəflər bunlardır: onlara kömək məqsəd ilə ehtiyac olarsa hüquqi və psixoloji dəstək vermək, sözsüz ki, səyahətdə psixoloji söhbətlər aparmaq.
İctimai birlik “ Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili” layihəsinin icrasını 14 aprel tarixində Şamaxı rayonuna səyahətlə başlayacaq.
Şamaxı turunun gündəliyi aşağıdakı kimidir:
1.Səhər saat 7.00-da xüsusi ayrılmış avtobusla təyin olunmuş ərazidən Şamaxıya hərəkət
- Saat 9.00-da Şamaxı rayonunda səhər yeməyi
- Dəmirçilər kəndi – gəzinti
- Saat 13.00-da günorta yeməyi
- 14.30-da gəzintinin davamı
- Saat 17.00-da Çay süfrəsi-Bakıya dönüş.