23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT Agentliyi YAP-ın rəhbər şəxslərinə niyə qrant paylayır?..

 QHT Agentliyi YAP-ın rəhbər şəxslərinə niyə qrant paylayır?..
QHT Şurasını Agentlik əvəz edəndə belə ab- hava yarandı ki, Vətəndaş cəmiyyətində inkişafa doğru yeniliklər baş verəcək.

Qrant siyasətinin şəffaflaşması , layihələrin davamligina dəstək , təsadüfi təşkilatlar vasitəsilə maliyyə bölgüsünün qarşısının alınması yönündə tədbirlər həyata keçiriləcəyini gözləyirdik.
Lakin vəziyyət daha acınacaqlı hal almaqdadır.
İki ildir “Şuşa ili”, “Heydər Əliyev ili” və Qərbi Azərbaycan adı ilə elan edilmiş yüksək məbləğdə qrantların əksəriyyəti tapşırıq və müəyyən maraq məqsədilə ayrılıb.
Ötən ” Şuşa ili” xüsusi qrant müsabiqəsinin “nəticələri” göz qabağındadır.
Böyük qrant məsələsinə yenidən qayıdacam.
Hazırda bir məqamı ictimaiyyətlə bölüşmək istəyirəm. Yeni Azərbaycan Partiyasının rəhbər şəxslərinə bu il üçün Agentlikdən verilən qrantlara:
YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlbəyova və YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahovun rəhbəri olduqları təşkilatlara 9000 manat qrant ayrılıb. Hər kəsə sual edirəm, bu şəxsləri ictimai sektorda tanıyan varmı?
Bu şəxslərin adına olan təşkilatların hansısa fəaliyyətindən məlumatınız varmı ?
Bəs yaxşı, bu şəxsləri kimlər himayə edir və qrant verdirir?
Ola bilər bu şəxslər YAP da fəaldır. Bunun ictimai sektora nə dəxli var.
Partiyadan yüksək maaş alırlar, ordada işləri ilə məşğul olsunlar.
Bu hallar Agentliyin qrant siyasətinə daban – dabana ziddir.
Agentliyik təkcə şəhadətnamədən ibarət olan, adı var özü olmayan yüzlərlə birliyi müsabiqə qalibi edib.
İndi ən dəhşətlisi ondan ibarətdir ki, Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bildirir ki, onun bu qərarlardan xəbəri yoxdur. Agentliyin icraçı direktoru Aygun Aliyeva xanım da deyir ki, bu qərarları o verməyib. Müşahidə şurasının üzvləri isə susur…
Yaxşı bilirik ki, bu qaranlıq məqamlarla dolu qondarma müsabiqənin müəllifləri kimdir !
Amma bu adamları yuxarıda himayə edənlər bilməlidir ki, bu gediş Vətəndaş cəmiyyətinə yaxşı heçnə vəd etmir.

Samir Adıgözəlli, İSBAM sədr

Paylaşın:

Digər yazılar