Çörəyi ver çörəkçiyə
İndi bu atalar misalı çox hallarda yerinə düşmür. Çünki heç də hamı işinin peşəkarı deyil, tapşırılanın öhdəsindən gələ bilmir. Belə faktlar da vətəndaşlarda dövlətə qarşı narazılıqlar yaradır.
Hazırda illərin ən isti aylarını yaşayırıq.Beləliklə su qıtlığı, işıqların tez-tez sönməsi ilə üz-üzə qalırıq. Əslində vətəndaş olaraq bəzən məsuliyyətsizliyimiz də var. Suyu lazım gəldi-gəlmədi açıq qoyuruq. İşığı həmin ərazidə olmasaq da yanılı saxlayırıq. Televizor, sərinkeş, kondisioner də boşuna işləyir. Bu da bir tərəfdən çox isti hava, digər tərəfdən israfçılıq etdiyimizdən naqillərin həddən artıq yüklənməsinə gətirib çıxarır. Hərdən günah özümüzdə, digərlərinin məsuliyyətsizliyi üzündən olsa da qəbahəti qurumların üzərinə qoymağı asan yol sayırıq.
Sabunçu rayonu Gültəkin Əsgərova küçəsi dalan 1-də 15 gün işıq məsələsində 50-dən çox ev çətinliklərlə üzləşmişdi. Adamın Allahı var, gecə saat 3-də də zəng vuranda təmir briqadası özünü yetirirdi. Gördüyünüz kimi istilər davam etməkdədir. Məhəllə sakinləri qərara gəldi ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsində rəhbərliklə görüş keçirək. İdarəyə gəldik, rəis onlayın iclas keçirirdi.Sahə rəhbərlərinə tapşırıqlar verirdi.
Biz sakinlərdən isə Azərişıq ASC-nın və Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərlərinə minnətdarlıq düşür. Çünki vətəndaş xidmətdən məmnun qalırsa, deməli dövlətini daha çox sevir. Var olun, evlərimizi nurlandıran doğma insanlar!
Mətanət Əsgərqızı
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Daxili İşlər Nazirliyi , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraların üzvü, YeniZamantv.az saytının baş redaktoru