20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bu gedişin dönüşü yoxdur – Qarabağdan nə qədər erməni köçür?

 Bu gedişin dönüşü yoxdur – Qarabağdan nə qədər erməni köçür?

“Ya reinteqrasiya, ya miqrasiya” – Ermənilər niyə ikincini seçir?

Xeyli vaxt idi ki, rus sülhməramlılarının Qarabağdakı Rusiya vətəndaşlarını təxliyə etməyə hazırlaşdığı barədə məlumatlar yayılırdı. Sonuncu dəfə bu məsələ iki həftə əvvəl gündəmə gəlmişdi. Qeyd olunurdu ki, milliyyətindən asılı olmayaraq, Qarabağdakı bütün Rusiya vətəndaşları evakuasiya olunacaq. Eyni zamanda onların sayının 5000 nəfərə yaxın olduğu söylənilirdi.

Erməni Teleqram kanalları isə ciddi-cəhdlə bu məlumatın həqiqətə uyğun olmadığını bildirirdilər. Qeyd edirdilər ki, əslində heç bir təxliyə planlaşdırılmır, sadəcə, sülhməramlıları əvvəllər Qarabağdan çıxmağı təşkil etmək xahişi ilə onlara müraciət etmiş rusları təxliyə etməyə hazırlaşır. Həmçinin belə xahişlə cəmi 180 nəfərin müraciət etdiyi bildirilirdi.

Ermənilərin bu cür mövqedən çıxış etmələrinin səbəbi anlaşılandır. Çünki onlar aylardır, Qarabağda guya 120 min erməninin “blokadada olduğunu”, Azərbaycan tərəfinin burada tez-tez “qazı, işığı, suyu kəsdiyini”, “ərzaq təminatının qarşısını aldığını”, “Artsaxlıların aclıqla üzləşdiyini”, “ürəyi ilə bağlı problemi olan insanların oğurlandığını” iddia edirlər. Guya bütün bunlara baxmayaraq, artsaxlılar “çətinliklərə mətanətlə dözürlər, Azərbaycanın isə təzyiq imkanları tamam tükənib, bu səbəbdən Qarabağ ermənilərinın reinteqrasiyası prosesi baş tutmayacaq”. Bu cür saxta ittihamlar irəli sürən erməni təbliğatı ciddi-cəhdlə Qarabağdakı erməniləri öz millətçi ideyalarının girovuna çevirir, təxliyyə ilə bağlı xəbərləri təkzib edərək, “Artsax erməniləri” arasında panika yaranmamasına çalışır.

Amma artıq “ox yaydan çıxıb”. Bu gün yayılan kadrlardan aydın olur ki, ermənilər Qarabağı tərk etməyə başlayıblar. Onların ilk dəstəsi – 60 nəfər Laçın nəzarət-buraxılış məntəqəsindən keçərək Ermənistana gediblər. Düzdür, bu dəfə unitaz aparan yoxdur, amma görüntülərdən ermənilərin vacib əşyalarını böyük çanta, çamadanlara qablaşdırdıqları, bu gedişin geri dönüşünün olmayacağı aydın görünür.

Bu, əlbəttə, Qarabağdan erməni köçünün başlanğıcıdır. Bu köçün BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı təcili iclasından sonra baş verməsi də təsadüfi deyil. Bütün ermənilər bu iclasda Azərbaycan əleyhinə sərt qətnamə qəbul olunacağına ümid edirdilər. Lakin onların bu ümidi puça çıxdı.

Ümumiyyətlə, Azərbaycanın 44 günlük müharibədən sonra başladığı, ekofəalların aksiyası ilə daha da sürətlənən proses öz nəticəsini verməkdədir. “Ya reinteqrasiya, ya miqrasiya” dilemması qarşısında qalan Qarabağ ermənilərinin bir qismi artıq seçimlərini ediblər. Onlar Azərbaycan qanunlarına tabe olmaq istəmir, çıxış yolunu Qarabağı tərk etməkdə görürlər.

Sözsüz ki, bu gün baş verənlər sadəcə, prosesin başlanğıcıdır. İlk dəstənin yola düşməsi digərlərini də hərəkətə gətirəcək. O da sirr deyil ki, Qarabağda yaşayan ermənilərin sayı iddia olunduğu kimi, 120 min deyil, 25 min nəfərə yaxındır. Onların da təqribən 5000 nəfərinin Rusiya vətəndaşı olduğu bildirilir. Təbii ki, həmin 5000 nəfərin Qarabağı tərk etməsi ermənilərin sayının əhəmiyyətli dərəcədə azalması deməkdir. Bunun isə Qarabağda qalmaq istəyən ermənilərə psixoloji təsiri qaçılmazdır. Eyni zamanda Vaqif Xaçaturyanın həbsi də vaxtilə Azərbaycanlılara qarşı soyqırımlarında iştirak edən Qarabğ ermənilərini qorxuya salıb. Onlar da gec-tez Xaçaturyan kimi ədalət məhkəməsinin qarşısına çıxacaqlarının qorxusunu yaşayırlar. Hazırda Qarabağdakı ermənilər arasında belələri çoxdur və onların da köç edənlərə qoşulacaqları şübhə doğurmur.

Beləliklə, “ya reinteqrasiya, ya miqrasiya” formulu Qarabağdakı erməni azlıq üçün getdikcə sərt xarakter alır. Hazırda Azərbaycan torpaqlarında yaşayan ermənilər anlayır ki, artıq nə BMT, nə Fransa, nə erməni lobbisi Azərbacyan ordusunun yaratdığı reallığı dəyişmək gücündə deyil. Bu səbəbdən Qarabağ ermənilərinin əz azı 50 faizi Ermənistan, Rusiya və digər ölkələrə miqrasiya edəcək, getmək imkanı olmayanlar isə Azərbaycanın şərtini qəbul etməyə məcbur olacaqlar. /BakuPost.az/

Paylaşın:

Digər yazılar