23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycan Göyçə və Zəngəzuru tələb edə bilər – Keçmiş nazirdən sensasiyalı açıqlama

 Azərbaycan Göyçə və Zəngəzuru tələb edə bilər – Keçmiş nazirdən sensasiyalı açıqlama

“Ermənistan-Azərbaycan şərti sərhədindəki vəziyyətlə Qarabağdakı situasiya fərqli təhlil olunmalıdır. Doğrudur, bu məsələlərin bir-birilə bağlantısı var, lakin bunların inkişaf mexanizmi fərqlidir”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.

Müsahibimiz son günlər Qarabağ ətrafında baş verən hadisələrin pərdəarxası məqamlarına toxunub.

T. Zülfüqarovun fikrincə, şərti sərhədi götürsək, oradakı gərginlik uzun müddət davam edəcək:

“Çünki tərəflərin sərhədin delimitasiya və demarkasiyası üçün hansısa xəritəni əsas götürməsi prosesində fikir müxtəlifliyi ortaya çıxıb. Ermənistan 1975-ci ilin xəritələrini təklif edir, Azərbaycan isə başqa bir xəritəni. İstisna etmirəm ki, Azərbaycan 1920-ci ildə olan – Göyçə və Zəngəzur mahalının Ermənistana verilməmişdən əvvəlki xəritələrlə delimitasiya və demarkasiya prosesini tələb edə bilər”.

“O ki qaldı Qarabağa, görünən odur ki, orada da qəribə proseslər baş verir. Artıq orada bölünmə prosesləri gedir. Yəni radikallar, əsasən də Ruben Vardanyan və tərəfdarları söyləyir ki, mübarizəni davam edək. Çünki onlar Azərbaycanın tərkib hissəsində yaşamaq istəmir. Digər bir kəsim isə humanitar məsələlərdə artıq Bakı ilə razılığa gəlmək niyyətindədir. Bütövlükdə isə separatçılar istəyirlər ki, sıravi ermənilər əziyyət çəkib bu ideya üçün acından ölməlidirlər. Təbii ki, bu “müqavimət”i sıravi ermənilərdən gözləmək olmaz. Çünki istənilən halda sadə erməni onlara deyəcək ki, mən və ailəm nəyə görə acından ölməlidir? Deyirlər ki, Azərbaycan Ağdamdan yol açıb. Onda ərzağı oradan gətirək”, – əlavə edib.

Eks-nazir hesab edir ki, bu ziddiyyətlər istər-istəməz separatçılar arasında toqquşmaya gətirib çıxaracaq:

“Nəticədə bu 2 qüvvə bölünəcək. Bəzən deyirlər ki, Azərbaycan Qarabağdakı yaraqlıları zərərsizləşdirməlidir. Doğrudur, mən bununla razıyam, lakin separatçıların daxilindəki qüvvələr arasında toqquşma vəziyyəti yaranacaq. Azərbaycan tərəfi isə belə olan halda Azərbaycanda yaşamaq istəyən sıravi ermənilərə dəstək göstərəcək. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu ermənilər orada girov kim saxlanılır. Biz sadə erməni vətəndaşlara kömək edərkən radikalları da sıradan çıxaracağıq”.

“Müharibə çağırışlarına gəldikdə isə mən bunu normal qəbul edirəm. Çünki ictimaiyyət tələb edir ki, bölgədə qayda-qanun bərpa edilməlidir. Mən bu fikirləri dəstəkləyirəm, lakin bunu necə etmək lazımdır, əsas bunu bilməliyik. Əslinə qalsa, Qarabağdakı radikal ünsürlər Ermənistan vətəndaşlarıdır və büdcədən maaşlarını alırlar. Onlar işğalçı xuntanın qalıqlarıdır. Burada bizim tam ixtiyarımız var ki, bu qalıqları ya ərazimizdən rədd edək, ya da onları məhv edək. Vəziyyət o dərəcəyə gəlib çatmalıdır ki, onların arasında bu bölünmə baş versin və biz də istəyimizə çataq”, – deyə T. Zülfüqarov yekunlaşdırıb.

Paylaşın:

Digər yazılar