22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bərdə görüşü və ya ermənilərin daralan həlqəsi – Elməddin Behbud yazır

 Bərdə görüşü və ya ermənilərin daralan həlqəsi – Elməddin Behbud yazır

Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması 10 noyabr 2020-ci il üçtərəfli Bəyənnaməsinin imzalanmasından ötən iki il yarım müddət ərzində özünü təminatlı və nisbi olaraq müdafiə oluna bilən vəziyyətə hesab edən Qarabağdakı hərbi xuntanın bütün qaranlıq ümidlərini əbədi olaraq dəfn etdi.

Doğrudur 23 aprelədək də Azərbaycan rus hərbiçilərinin müvəqqəti yerləşdiyi ərazilərimizdə Fərrux, Sarıbaba, “Qisas”, “Qətiyyətli cavab” və digər uğurlu əməliyyatlar keçirmişdi. Qeyd olunan tarix isə Qarabağda yeni hərbi və siyasi vəziyyətin başlanğıcına çevrildi.

Yaxın vaxtlarda Laçın SKM-in pasport yoxlama və nəzarət xidməti nəticəsində Qarabağda yaşayan ermənilərin dəqiq sayı da müəyyən olunacaq. Qarabağda separatizmin və xarici hərbi müdaxilənin kökü tam kəsildikdən sonra inanıram ki, Laçında sərhəd-keçid məntəqəsinin inşa olunması Qarabağda suverenliyimizin bərpa olunması prosesində xüsusi mərhələ kimi tarixə düşəcək.

Erməni teleqram kanalları Qarabağdakı hərbi xuntanın hazırda mövcud xaos vəziyyətindən çıxmaq üçün iki yol düşündüklərini bildirir:

Birincisi, Arayik Arutyunyan təcili istefa verir və bütün səlahiyyətlər Ruben Vardanyana ötürülür. R.Vardanyan Rusiya vasitəsi ilə Qarabağa ərzaq gətirilməsi və sərbəst (?) giriş-çıxışı təmin edir. İkinci variant isə Ağdam-Xankəndi yolunun açılması ilə razılaşmaq və Azərbaycanın dövlət nümayəndələri ilə görüşə razılıq verməkdir. Medianın iddiasına görə artıq xeyli müddətdir təxirə salınan növbə görüşün yeri ilə də bağlı ilkin razılıq əldə olunub. Yaxın vaxtlarda separatçıların təmsilçiləri Bərdə şəhərinə gələcəklər.

Arayiki əvəzləyəcək hansısa şəxs mövcud vəziyyəti ermənilərin xeyrinə dəyişmək imkanına malik deyil. Çünki Azərbaycan Həkəri körpüsündəki məlum bayraq insidentindən sonra separatçıların faktiki dayaq nöqtəsi olan Rusiya hərbiçilərinə belə ərzaq və digər təminatlar üçün Laçın SKM-dən istifadə etməyə icazə vermir. Belə olan olan halda R.Vardanyanın Azərbaycanın artan və sistemli təzyiqləri qarşısında hansısa iradə nümayiş etdirmək və Qarabağ ermənilərinə xoş gün bəxş eləmək şansı yoxdur.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki erməni silahlı birləşmələrinin müntəzəm olaraq mövqelərimizi atəşə tutması və şərti sərhəddə texnika və silah yığması düşmənin hansısa təxribata hazırlaşdığını göstərir. Ancaq aydındır ki, bu cür istənilən təxribat cəhdi separtçılar üçün intihar kəndiri rolu oynayacaq.

Bu gün etiraf edək ki, Rusiya faktoru Qarabağda hələ də həlledicidir, amma əsas təsir imkanı rəsmi Bakıya məxsusdur. Qarabağda söz sahibi artıq Azərbaycandır. Hazırki daralmış həlqə vəziyyətin çıxılmazlığı reallığını dərk edən ermənilərin sayını artıracaq. Yaxın zamanlarda Azərbaycanın atacağı hərbi və diplomatik addımlar Qarabağdakı ermənilər arasında parçalanması sürətləndirəcək və onların içərisindən bəzilərinə reinteqrasiya prosesinə maneçilik törətməkdən çəkinməyin yeganə doğru və real yol olduğunu dilə gətirməyə məcbur edəcək.

Yeri gəlmişkən, Azərbaycanın Xankəndi şəhərində “milis dəstələri” ilə istədiyi binaya soxulan və siyasi bəyanatlar verən Karen Matevosyanla bağlı Azərbaycan Baş Prokurorluğu artıq cinayət işi qaldırıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan Xankəndidə və ətraf ərazilərdə suveren haqlarını bərpa etmək üçün qərarlıdır və ərazisində gedən oyunları seyr etmək niyyətindən tamamilə uzaqdır.

Əgər Yexlax görüşü kimi Bərdədə planlaşdırılan görüş də kənar müdaxilələr nəticəsində təxirə salınsa erməni icmasının separatçı hərbi xuntanın girovluğundan qurtarılması məqsədi ilə rəsmi Bakının reinteqrasiya prosesinin fərqli mexanizmlərinin seçilməsi və bu istiqamətdə konkret addımlar atmasının şahidi olacağıq.

Paylaşın:

Digər yazılar