20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT korrupsiyalarının arxasında gizlənən gizli fiqurlar

 QHT korrupsiyalarının arxasında gizlənən gizli fiqurlar

YeniZamantv.az Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının sosial şəbəkə hesabındakı son paylaşımını təqdim edir:

QHT korrupsiyalarının arxasında gizlənən gizli fiqurları ifşa etməyin zamanı çatıb.

Bu həftə Milli QHT Forumundan başlayaq.

İlk sual, Rauf Zeyni Milli QHT Forumunun qanuni prezidenti olmadığı halda niyə Cənab Prezidentə müraciətlərdə, habelə digər QHT bəyanatlarında onun adı bu cür təqdim edilir? Niyə Ali rəhbərlik  aldadılır? Yaxın qohumu QHT Agentliyinin Müşahidə Şurasının sədri olanda, ATƏT-də təmsil olunanda Prezidenti aldatmaq lazımdır?

Hər gün “biz hakimiyyətə qayıtdıq” deyib sevincək olan R.Zeyni 2016-cı ildə qondarma üsullarla Milli QHT Forumunun prezidenti seçilib. Bir neçə ildən sonra onun səlahiyyət müddəti bitib və QHT-ləri pandemiya adı ilə aldadaraq Forumu əlində saxlayıb. Bütün qurumları online qurultay keçirdiyi halda bu mümkün deyildirmi? Forumun əldə saxlanılması başqa mətləblərdən xəbər verir, bunu digər bir vaxtda yazarıq.
Lakin, keçək ən ciddi məsələyə, korrupsiya məsələsinə QHT Forumu özü ayrıca QHT olmasına baxmayaraq, tərkibində birbaşa Rauf Zeyninə aid olan ayrı-ayrı QHT-lər yaradıblar. Məsələn: “Bakı QHT Resurs və Təlim Mərkəzi” ictimai birliyi, “Quba QHT Resurs və Təlim Mərkəzi” ictimai birliyi, “Şirvan QHT Resurs və Təlim Mərkəzi” ictimai birliyi, “Mingəçevir QHT Resurs və Təlim Mərkəzi” ictimai birliyi və “Şəmkir QHT Resurs və Təlim Mərkəzi” ictimai birliyi. Çox təəssüf ki, onların əksəriyyətini QHT Şurası, daha sonra isə QHT Agentliyi maliyyələşdirib. Nəyə görə maliyyələşdirib, orasını siz daha yaxşı bilirsiniz.
Üstəlik utanmadan Milli QHT Forumunun Könüllüləri ictimai birliyi adlı ayrıca QHT də qeydiyyatdan keçiriblər.
İndi sual olunur, əgər Rauf Zeyni Milli QHT Forumunun prezidentidisə necə olur ki, eyni vaxtda “Bakı QHT Resurs və Təlim Mərkəzi” ictimai birliyinin sədri kimi də qrant alır.
Siz indi qeyd edəcəyimiz qrant maxinasiyasına baxın:
Milli QHT Forumu 2017-ci ildən hər il eyni qaydada QHT Şurasından bu məqsədlə qrant alır: guya Bakı, Sumqayıt və Abşeronda QHT-lərə texniki yardım göstərəcəklər. Hər il də məbləğ faktiki olaraq eyni – 29 800 manat.
2020-ci ildə qeydiyyata alınmış Bakı Resurs Mərkəzi isə 2020 və 2021-ci ildə eyniadlı qrantı QHT Agentliyindən  ən yüksək məbləğdə alır. Bu il isə yenə həmin Resurs Mərkəzinə ictimai iştirakçılıqla bağlı 10 min manatlıq layihə verirlər.
Forumun rayonlardakı  adını çəkdiyimiz təşkilatlarda da da eyni vəziyyətdir. Əvvəllər hər biri 29 800 manat qrant, indi isə QHT Agentliyi hər birinə 9-10  min manat qrant verir.
Bu faktları dövlət qurumlarının əksəriyyəti, QHT-lər çox gözəl bilir. Sadəcə hamı bir qranta görə susur.
Ən gülünc məsələ isə Rauf Zeyninin MQF-nin üzvlərindən təzələrdən 136 manat, köhnələrdən 100 manat illik üzvlük haqqı almasıdır. Bunlar korrupsiya faktı deyil nədir??? Olmayan təşkilata üzvülük haqqı, qrant.

Paylaşın:

Digər yazılar