23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Nazilə Məmmədova: Mehriban Əliyeva qadın fəallığı ənənələrinin yeni tarixi salnaməsini yaradır

 Nazilə Məmmədova: Mehriban Əliyeva qadın fəallığı ənənələrinin yeni tarixi salnaməsini yaradır

NAZİLƏ MƏMMƏDOVA

– Bəli, həqiqətən tariximizin bütün mərhələlərində Azərbaycan qadının adı böyük şərəflə keçir. O, qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq öz adını tariximizin ayrı-ayrı səhifələriniə yazdlra bilmişdir. Hətta bəzən xarici ölkələrdən gələn tədqiqatçılar, alimlər, suyasətçilər qeyd edirlər ki, “biz Azərbaycana gələnədək elə bilirdik ki, qadınlarınız hüququnu bilməyən, zəif və passivdirlər, lakin səfər zamanı tam əksini görürük, bunun səbəbi nədir?” Əlbəttə ki, biz cavab veririrk ki, bu bizim məxsus olduğumuz mədəniyyətdir, dəyərdir.

Elə buna görə də, cəmiyyətin inkişafının bütün dövrlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə (1918-cu ildə) ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır.

Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.

Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Mən xüsusilə Mehriban xanımın Birinci xanım institutunun yaranmasındakı rolunu qeyd etmək istərdim. Postsovet məkanında ictimai həyatda fəal iştirak edən çox az ölkə başçısının xanımının adı çəkmək olar. Lakin, Mehriban xanımın fəaliyyəti, digər Birinci xanımları da aktiv olmağa sövq etdi. Mehrinan xanım müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri xatırlatmaq istərdim: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür…” Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır. Və əlbəttə ki, heç təsadüfi deyil ki, cənab Prezident onun ictimai-sosial həyatda aktiv fəaliyyətini, uğurlu layihələrini nəzərə alaraq, Respublikanın Birinci Vitse-prezidenti təyin etdi.

 

Gözəllik, Xeyrxahlıq, Sədaqət və Analıq kimi ülvükeyfiyyətləri təcəssüm etdirən Mehriban xanımı sözün əsl mənasında böyük hərflə yazılan Azərbaycan Qadının adlandıra bilərik. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir. Ö övladlarını Azərbaycanı ürəkdən sevən, milli-mənəvi dəyərlərbağlı əsl vətəndaş kimi tərbiyə etmişdir. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək büyük peşəkarlıq və səbr tələb edir. Bununla bağlı Mehriban xanım qeyd edir ki, “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam.

Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir.

 

Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün mənzillər təqdim edilmişdir. Cəmiyyətimizin həssas təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların daha əlverişli şəraitdə yaşaması üçün gördüyü işlərin nəticələri onlarda gələcəyə inam yaradır.

Azərbaycanın bütün bölgələrindən qardaş ölkəyə kömək əli uzandı. Hər kəs bacardığı, imkanı çatdığı qədər yardım etdi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyəyə yardımda göstərdiyi həssaslığa görə ölkə ictimaiyyətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindəndir: “İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!”.

Ad günü münasibətlə alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, yüksək intellektə malik olan, qayğıkeş, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edirəm. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan, xalqının taleyini öz taleyində yaşayan Mehriban xanım Əliyevaya həyatda sağlam ömür, ailə səadəti, xoşbəxtlik, sevinc dolu günlər, işlərində daima uğrlar, xoşbəxt gələcək, xoş və firavan həyat arzulayıram!


Doğum gününüz mübarək olsun, hörmətli və dəyərli Mehriban xanım!

Nazilə Məmmədova

Paylaşın:

Digər yazılar