24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi borclu abonentlərə müraciət edi

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi  borclu abonentlərə müraciət edi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış debitor borcların ödənilməsi məqsədilə nəzarət tədbirlərini gücləndirib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan İstifadə Qaydaları”na əsasən, abonentlərə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsait barədə bildiriş təqdim edilir. Bildirişlərdə borcun 1 ay müddətində tam ödənilməli olması barədə xəbərdarlıq edilir, eyni zamanda onların diqqətinə çatdırılır ki, içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri vaxtında və tam ödənilmədikdə su təchizatı müəssisəsi tərəfindən suyun verilməsi dayandırılır.

Borcu olan abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işlərinin aparılmasına, inzibati tədbirlərin görülməsinə baxmayaraq, bəzi abonentlər xidmət haqlarını vaxtında və tam ödəmir. Abonent ödənişi gecikdirdikdə və ya ümumiyyətlə ödəmədən imtina etdikdə qanunvericiliyin tələblərinə əsasən istehlakçının su təchizatı dayandırılır. Su təchizatının dayandırılması  qəza briqadaları tərəfindən həyata keçirilir ki, bu da əlavə xərclərə və vaxt itkisinə səbəb olur. Eyni zamanda qəza briqadalarının bu işə cəlb edilməsi magistral və şəbəkə xətlərində baş verən qəzaların aradan qaldırılması müddətini uzatmış olur. Nəticədə digər ərazilərdə yaşayan sakinlər müəyyən müddət su almaqdan məhrum olurlar.

Bütün bunları nəzərə alaraq abonentlərin diqqətinə bir daha çatdırırıq ki, xidmət haqlarını vaxtında ödəsinlər. Borcların birdəfəlik ödənilməsi abonentin maddi imkanı xaricindədirsə, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır.

Bunun üçün abonentlər “Azərsu” ASC-nin yerli sukanal idarələrinə yaxınlaşıb şəxsiyyət vəsiqəsi və abonent kodunu təqdim edib borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalayır. Protokol  imzaladıqdan sonra borcun aylar  üzrə bölünmüş ödəniş qrafiki  abonentə təqdim  olunur və bu zaman abonentin su təchizatı dayandırılmır.

Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər.

Abonentlərin diqqətinə çatdırırıq ki, göstərilən  xidmətlərin  səviyyəsi birbaşa onların ödənişlərdən asılıdır. Bunu nəzərə alaraq içməli su təchizatı və tullantı sularının axıdılması xidmələri üzrə borcları vaxtında ödəməyinizi xahiş edirik.

 

 

 

 

Paylaşın:

Digər yazılar