19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İSBAM sədri Türkiyədə: “Çorumda bir parka və prospektə Füzulinin adı veriləcək” – FOTOLAR

 İSBAM sədri Türkiyədə: “Çorumda bir parka və prospektə Füzulinin adı veriləcək” – FOTOLAR

“Bu gün Çorum Bələdiyyə başqanı Dr.Halil ibrahim Aşkın bəylə görüşdük”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, səmimi və xoş söhbət əsnasında keçirilən görüşdə Azərbaycan – Türkiyə münasibətləri, Çorumda keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb: “Söhbət zamanı Çorumda bir parka və prospektə azad edilmiş şəhərlərimizdən – Füzulinin adının verilməsini xahiş etdim.

Hörmətli Bələdiyyə başqanı təklifimi məmnuniyyətlə qarşılayaraq, bu barədə Bələdiyyə Məclisində qərar qəbul edəcəklərinə söz verdi.

Səmimi qəbula və təşəbbüsümüzü müsbət qiymətləndirdiyinə görə dr Halil İbrahim bəyə təşəkkür edirəm”.

 

                 

Paylaşın:

Digər yazılar