Rusiyanı dəstəkləyənlər və dəstəkləməyənlər… – SİYAHI
Rusiyanın Ukraynaya qarşı müharibəsi 559 gündür davam edir. Bu müddət ərzində dövlətlərin, demək olar ki, hamısı müharibə ilə bağlı müxtəlif mövqelər sərgiləyib.
YeniZamantv.az xəbər verir ki, Britaniyanın nüfuzlu “Economist” qəzeti Rusiya-Ukrayna müharibəsində dövlətlərin mövqeyi barədə araşdırma aparıb.
Nəşr müharibə ilə bağlı mövqeyinə görə dövlətləri 4 qrupa bölüb. Bunlar Rusiyanı dəstəkləyənlər, Rusiyaya meyilli olanlar, neytral dövlətlər, Qərbə meyilli olanlar və Rusiyanı qınayanlardır.
Həm Rusiya, həm də Ukrayna neytral dövlətləri öz tərəflərinə çəkmək üçün çoxsaylı telefon danışıqları, səfərlər həyata keçirir. Məqalədə Rusiyanı dəstəkləyən və Rusiyaya meyilli olan dövlətlərin sayının azaldığı bildirilir.
Rusiyanı dəstəkləyən dövlətlər arasında İran, Belarus, Şimali Koreya, Mali, Burkino-Faso, Venesuela, Kuba və s. var.
Siyahıda Çin Rusiyaya meyilli dövlət kimi təqdim edilib. Bundan başqa, Qazaxıstan, Qırğızıstan, Cənub Afrika, Əlcəzair kimi bir neçə ölkə də bu siyahıda yer alıb.
ABŞ başda olmaqla Qərb ölkələri Rusiyanı qınayan ölkələr klubuna daxil edilib. Türkiyə, İsrail, Macarıstan, Hindistan, Səudiyyə Ərəbistanı, Türkmənistan və sair dövlətlər isə neytral kimi təqdim edilib. Meksika, Cənub-Şərqi Asiya ölkələri kimi bir çox dövlət Qərbə meyilli hesab edilib.
Cənubi Qafqazda ölkələri isə üç fərqli istiqamətdə təqdim edilib. Azərbaycan neytral, Ermənistan Rusiyaya meyilli, Gürcüstan isə Qərbə meyilli ölkələr arasında öz yerini alıb.
Tam siyahı ilə aşağıdakı xəritədən tanış olmaq olar: /Modern.az/