Zaxarovadan Fransaya tərs sillə
Fransa bütün regionlarda öz varlığını sübut etmək üçün səylər göstərir. İraqda, Suriyada, Liviyada, Ukraynada və Cənubi Qafqazda hadisələrin mərkəzində olan Fransa Avropada təhlükəsizlik arxitekturası yaratmaq istəyir.
“Fransanın bu təşəbbüsündən Rusiyada xəbərsizdirlər”.
O, qeyd edib ki, bu gün Fransanın belə mənasız təkliflərini müzakirə etməyə əsas yoxdur. Zaxarovanın sözlərinə görə, Ukrayna münaqişəsinin uzanmasında Fransanın rolunu nəzərə alsaq, bu, tamamilə yersiz təklif kimi görünür.
Bundan əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropada təhlükəsizlik sistemi yaradılarkən Rusiyanın maraqlarının nəzərə alınmasını istəyib. Nazir vurğulayıb ki, Rusiyanın əhəmiyyətli hissəsinin Avropa qitəsində yerləşməsi gələcək təhlükəsizlik arxitekturasında bu ölkənin rolunu artıracaq.