Ermənistan ehtiyatda olanları hərbi təlimə ÇAĞIRDI
2023-cü il oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyat olan rütbəlilər hərbi təlim toplanışlarına cəlb ediləcək.
YeniZamantv.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərə 2059 nəfərə qədər ehtiyatda olan hərbçi çağırılacaq.
Təlimlərdə məqsəd ehtiyatda olanların döyüş qabiliyyətlərini artırmaqdır. /modern.az/