19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İSBAM sədri Türkiyədə görüşlər keçirir – FOTOLAR

 İSBAM sədri Türkiyədə görüşlər keçirir – FOTOLAR

“Çorum bələdiyyəsində başqan Halil İbrahim Asqinin iştirakı ilə İrfan Ermiş bəyə “Zəfər” Media medalını təqdim etdik. İrfan Ermiş 20 ildən artıqdır Azərbaycanın haqq davasının, Qarabağla bağlı haqlı səsimizin ictimaiyyətə çatdırılmasında fədakarlıq göstərmiş şəxslərdən biridir”.

YeniZamantv.az xəbər verir ki,Bu sözləri Mia.az-a İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, İrfan bəy hazırda “Osmancık” FM, “Çorum radio” TV, “Osmancık” bölgə müdiri və “Kesin Karar” qəzetinin Osmancık təmsilçisidir: “İrfan Ermiş bəyi təbrik edirəm. Hörmətli bələdiyyə başqanı Halil İbrahim bəyə də bir daha təşəkkür edirəm. Görüşdə başqan yardımçısı Turan bəy və MHP millət vəkili namizədi Mete Çakı iştirak ediblər”.

S.Adıgözəlli əlavə edib ki, səfər çərçivəsində o, Çorum Bələdiyyə başqanı Halil İbrahim, Osmancık və Hamamözü bələdiyyə basqanları Ahmet Gəlgör və Fatih Bayraktarla də ayrıca görüşərək müzakirə aparıblar.

İSBAM sədri eləcə də Milliyyətçi Hərəkat Partiyasının Çorum və Osmancık təşkilat sədrləri Məhmət İhsan və Səlim Dölcü ilə bir araya gəlib: “Keçirilən görüşlərdə Azərbaycan – Türkiyə əlaqələri ətrafında söhbətlər aparılıb”.

İSBAM sədri deyib ki, o, Ankara və digər bölgələrdə də görüşlər keçirəcəcək.

 

              

Paylaşın:

Digər yazılar