19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Komitə sədri Bahar Muradova növbəti dəfə vətəndaşların qəbulunu keçirdi

 Komitə sədri Bahar Muradova növbəti dəfə vətəndaşların qəbulunu keçirdi
13 sentyabr 2023-cü il tarixində Tərtərdə vətəndaşların qəbulunu keçirən Komitə sədri Bahar Muradova rayonda fəaliyyət göstərən Qadın Resurs Mərkəzini ziyarət edərək, yaradılmış şəraitlə və əhaliyə göstərilən xidmətlərlə tanış olub.
YeniZamantv.az xəbər verir ki, Bahar Muradovaya məlumat verilib ki, Tərtər Olimpiya Kompleksində yerləşən Qadın Resurs Mərkəzi məsləhətləşmə, mentorluq, şəbəkələşmə, səmərəli ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara müxtəlif xidmətlər göstərir.
Mərkəz tərəfindən ailə büdcəsinin idarə edilməsi, biznes bacarıqlarının artırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində kursları təşkil olunur.
Mərkəzdə, həm də erkən nikahların, qızların təhsildən yayınmasının, məişət zorakılığının, insan alverinin qarşısının alınması, gender bərabərliyi, insan hüquqları, narkomaniyanın fəsadları, maliyyə savadlılığı, reproduktiv sağlamlıq, selektiv abort və onun fəsadları barədə icma üzvlərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilir, təlimlər təşkil edilir.
B. Muradova Mərkəzin işinin daha da təkmilləşdirilməsi, qadınların məşğulluğunun daha da artırılması, biznes fəaliyyətinə geniş miqyasda cəlb edilməsi istiqamətində müvafiq tövsiyələrini diqqətə çatdırıb.
                  
Paylaşın:

Digər yazılar