22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qorxmaz İbrahimli: Canımız bu torpağa əmanətdir, Millətimiz və dövlətimiz əbədi yaşasın!

 Qorxmaz İbrahimli: Canımız bu torpağa əmanətdir, Millətimiz və dövlətimiz əbədi yaşasın!
Bəzən çox şeylərin fərqinə varmırıq. Əsasən də sağlamlığımızdan muğayat olmuruq.Düşünmürük ki, harasa bir az gecikə də bilərik. Amma zamanında qidamıza, dərmanımıza fikir verməliyik. Beləcə xəstəlik yaxamızdan tutur. Özü də bərk silkələyir. Sadəcə zəif olub, təslim oldunsa, sonundur. Uzun müddətdir yaxından, uzaqdan tanıdığım , hörmət etdiyim Qorxmaz İbrahimlinin sağlığında problemlərin olduğundan xəbərdaram. Bu mövzunu bölüşmüşük də… sağlamlıq arzulayıram!
Sosial şəbəkədə paylaşdığı  yazını oxuyaraq mən də düşündüm: Canımız bu torpağa əmanətdir, Millətimiz və dövlətimiz əbədi yaşasın!
Beləliklə, onun yazısını olduğu kimi təqdim edirik:
Xoş gördük, sevimli dostlar, əziz yurddaşlar.
Bu gün 15 Sentyabrdır. Yurdumuzun dörd bir yanında bütün məktəblilər dərsə gedir. Valideynlər fərəhlə onları məktəbə yolçu edirlər. Sağ-salamat oxusunlar. Məktəb kollektivləri başda müəllimlər olmaqla sevimli şaqirdlərini ağırlayırlar. Hamısına sağlıqlı bir dərs ili diləyirəm.
Bu gün övladlarımızın fərəhlə məktəbə getdiyi ölkəmizdə 1918-ci ildə bir qətliam var idi. Şərqi Anadolu, Qacar dövlətinin türk millətimiz yaşayan bir çox əyalətlərində, Qərbi Azərbaycanın və ölkəmizin Quba, Lənkəran daxil hər yerində ermənilər uşaq, qadın, yaşlı, gənc demədən insanlarımızı amansızca, işkəncə verərək qətl edirdilər.
1918-in Martından həmin ilin Sentyabr ayının 15-ə qədər paytaxtımız Bakı böyük qətliamlara şahid oldu.
Nuri Paşanın komutanlığında türk əskəri xilaskar yürüşü ilə bizi qurtardı.
Bu gün Bakı başkəndimizdirsə, o zaman xain ermənilərin və Rus imperiyasının işğalından qurtulmuşuqsa, o qəhrəmanlarımıza borcluyuq. Hər zaman şükranlıyıq. Nur içində uyusunlar.
Bu sabah niyət etdim ki, dənizə gəlib, 15 Sentyabr əziz şəhidlərinin və qəhrəmanlarının anısına üzüm.
Həm də bu gecə sevimli Bakımızı müvəqqəti tərk edərək, gözəlim İzmirə müayinə və şəxsi işim üçün gedirəm.
Dedim, belə bir əziz gündə və səfər ərəfəsində dənzə girim.
Dənizə gələnə qədər yolda bir xanım sürücünün ehtiyatsızlığından qəza keçirdim. Şükürlər olsun, özüm salamat qurtardım, maşınım bir az əzildi. Keçmiş olsun. Tanrı betərindən qorusun.
Ona görə dənizə gəlişim gec oldu.
Dənizin 1000 metr içərisindən Bakıya boylandım. Oradan Nuri Paşanın qərargahının yerləşdiyi Qobu kəndinə tərəf xeyli baxdım. Gözümün önündə 15 Sentyabr sabahı Paşanın əmri ilə topların Bakıya tərəf atəş açması canlandı. Fərəhlə xəyalən o atəşləri seyr elədim. Hətta Bakını ermənilərlə bərabər işğalda tutan ingilis əskərlərinin qorxudan qaçmaq üçün gözəlim Xəzərə tullanmalarını da təsəvvür elədim.
Bu əziz günün anısına 2000 metrlik üzməmi tamamlayıb sahilə döndükdə dəyərli Valeh bəylə bərabər bütün şəhidlərimizin əziz ruhlarına Fatihə oxuduq.
Nur içində yatsınlar.
Tanrı sizləri qorusun.
Millətimiz və dövlətimiz əbədi yaşasın.
Var olun!
Paylaşın:

Digər yazılar