20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Təhsil Millətin Gələcəyidir” adlı fərdi yaradıcılıq sərgiləri keçirilib

 “Təhsil Millətin Gələcəyidir” adlı fərdi yaradıcılıq sərgiləri keçirilib

Sentyabrın 15-də Beynəlxalq Qalereyada Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Səmayə Rzayeva, Sevinc Hacıyeva, Naibə Vəliyeva, Fialeta Babayeva, İdrak Novruzov və Elçin Mayılovun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təhsil Millətin Gələcəyidir” adlı ilk fərdi yaradıcılıq sərgilərinin açılışı olub.

Sərginin layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın YeniZamantv.az-a verdiyi məlumata görə sərgidə rəssamlar 60 əsərlə iştirak ediblər. Portret, ictimai portret, mənzərə, abstrakt janrlarda olan əsərlər akvarel, yağlı boya, kətan, qrafika müxtəlif texnikalarda işlənib.

 

Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimlərinin təşkil olunmuş ilk fərdi yaradıcılıq sərgilərinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə uğurlu töhfə olduğunu bildirib.

Sərgidə iştirak edən millət vəkili Razi Nurullayev rəssamların həssas təbəqə olduqlarını, onların lazımı qədər tanıdılması və əsərlərinin satışını təşkil etməyin vacib olduğunu bildirib. Rəssamlara gələcək fəaliyyətlərində yeni yaradıcılıq nailiyyətləri arzulayıb.

 

İlk fərdi yaradıcılıq sərgisi olan rəssamlar çıxışlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə xüsusi hazırlaşdıqlarını və bir rəssam olaraq sənətə bir töhfə verdiklərini, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mədəniyyətin ən böyük siyasət olduğunu bildiribər. 44 günlük Vətən müharibəsində əsgərlərimizin torpaqlarımızı qəhrəmanlıqla azad etmələrindən söhbət açıblar.

 

         

 

Başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, bütün əsgərlərimizə can sağlığı, daimi zəfər arzulayıblar.

Sərgidə iştirak edən media nümayəndələri və Ağdam Təhsil Sektorunun aparıcı məsləhətçisi Sevinc Bayramova yeni təhsil ilinin başlaması münasibətilə müəllimləri təbrik edib uğurlar arzulayıblar.

           

Sonda rəssamlar Beynəlxalq Qalereya tərəfindən diplomlarla təltif olunublar.

Paylaşın:

Digər yazılar