Sima Babayeva yazır: Bu əslində Ramiz Mehdiyevin, Əli Həsənovun üslubudu
Hər zaman maraqlı yazıları və cəmiyyəti narahat edən problemləri gündəmə gətirən jurnalist Sima Babayevanın sosial şəbəkə hesabındakı bir yazısını YeniZamantv.az olaraq təqdim edirik:
50 nəfər türk jurnalisti və qht rəhbəri sentyabr ayının 11-dən 16-dək ölkəmizdə səfərdə olub. Səfərə dəstək verən təşkilat olaraq Diasporla İş Üzrə Dövlət Komitəsinin adı çəkilir.
Proqramda qonaqların Bakıda bir neçə görüşü, tədbirlərdə iştirakı,Şuşaya getmək yazılmışdı. Gəlməmişdən əvvəl türk jurnalistlər Diaspor Komitəsinin sədri Fuad Muradova nə qədər zəng vursalar da,türklər demişkən, Fuad bəyə ulaşmaq mümkün olmayıb. Fuad Muradovun düşdüyü vəziyyət bu yerdə yadıma Cəlil Məmmədquluzadənin Qurbanəli bəy personajı düşdü. Başqa məclisdə yeyib-içib özünü itirmiş halda vəd verən bəyin halına bənzətdim.
Axı Fuad Muradov Türkiyəyə dəfələrlə gedib,dövlətin vəsaiti hesabına gəzib dolanıb,yeyib-içib,türk qardaşlarımızdan daim hörmət görüb.İndi ilin-günün bu vaxtı telefonunu söndürüb qonaqlardan qaçmağa nə ad verəsən?Görəsən Türkiyədə vəd verəndə Fuad Muradovun yanında heç kim olmayıb? Əsl biabırçılıqdı. İlboyu dövlət büdcəsi hesabına kef et, bir dəfə qardaş ölkədən qonağın gəlir,qaçıb rəzil şəkildə gizlənirsən.Çingiz Abdullayevin sözü olmasın,”BƏS ÖZÜN ÖLMÜRSƏN UTANMAQDAN?” Utanmır. Çünki alan əli var,verən əli yoxdur. Onsuzda xərc şəxsi hesabından çıxmayacaqdı.Amma Fuad Muradov büdcəyə də öz cibi naminə qənaət edir.
İSBAM sədri,politoloq Samir Adıgözəlli illərdi Diaspor Komitəsi ilə bağlı həyəcan təbili çalır,yazılı,şifahi şəkildə,videomaterialla çıxışlar edib rəyini əsaslandırır. İndi baş verənlər, bu hadisə bir daha Samir bəyin fikirlərində haqlı olduğunu sübut etdi.
Erməni bütün dünyanı Qarabağa çağırır, sərhəddə gəlib Laçın postuna boylanan avropalı müşahidəçilərə, jurnalistlərə hər cür şərait yaradır, hələ diasporlarının işini demirəm,bizdə də “BİR MİLLƏT,İKİ DÖVLƏT” dediyimiz doğma insanlarımız gəlir, özü də qələm əhli… vəzifəsindən,mövqeyindən xəcalət çəkmədən Fuad müəllim qaçıb gizlənir.
50 nəfər jurnalistin , qht rəhbərinin Şuşaya getməsi 50 reportaj, böyük təbliğat deməkdir. Hər jurnalistin, qht sədrinin də öz auditoriyası,oxucu kütləsi var. Fuad Muradov,bunları bilməmiş olmaz. Bəs onda niyə belə edir? Məsələ tək pulgirlikdə , xəsislikdə deyil. Buradan bir qədər 5-ci kolon qoxusu gəlir. Ramiz Mehdiyevin, Əli Həsənovun üslubu sezilir.Bu iki sabiq şəxs hakimiyyətdə təmsil olunanda Azərbaycandakı bütün xarici müxbir məntəqələrinin bağlanmasına nail oldular. Sonra da adları Avropada oturub buranı söyən bəzi blogerlərlə əlaqədə hallandırıldı…
İndi özünüz fikirləşib tapın, Diaspor Komitəsinin rəhbəri Fuad Muradovun hərəkəti və ya hərəkətsizliyi kimlərə və nəyə xidmət edir?