20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İlham Əliyev və Vladimir Putin son vəziyyəti müzakirə etdilər

 İlham Əliyev və Vladimir Putin son vəziyyəti müzakirə etdilər

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, Prezidentlər Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Azərbaycanın dövlət başçısı Putinə Rusiya hərbçilərinin sentyabrın 20-də Qarabağda faciəli ölümü ilə bağlı dərin hüznlə başsağlığı verib. İlham Əliyev baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqincə cəzalandırılacağını vurğulayıb. Dövlət başçısı bununla bağlı hər iki ölkənin Baş prokurorluqlarının sıx əlaqədə olduğunu qeyd edib.

Azərbaycan Prezidenti həmçinin, həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. Liderlər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə əldə edilmiş razılaşmanın ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında sülhməramlıların vasitəçiliyi ilə başlayan danışıqlara böyük əhəmiyyət verilib. Danışıq zamanı regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üçün prioritet addımlar müzakirə edilib.

Bölgədə nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması baxımından ən yüksək səviyyədə məlum üçtərəfli sazişlərə uyğun olaraq işlərin intensivləşdirilməsi razılaşdırılıb.

Paylaşın:

Digər yazılar