Yevlax görüşündə olmayan və olan üç mühüm detal – FOTO
Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı görüş başladı.
Görüşün ilk dəqiqələrindən 3 mühüm detal diqqət çəkir.
Birincisi, görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbi var;
İkincisi, görüşdə Qarabağın erməni icmasını təmsil edən qondarma deputat David Melkumyan və Sergey Martirosyanın pencəyində separaçıların “bayrağı” əks edilmiş yaxa sancağı yoxdur;
Üçüncüsü, görüşdə Rusiya sülhməramlılarını təmsil edən heç kim iştirak etmir..
Bu, rəsmi Bakının görüş zamanı bütün subliminal və siyasi məna ehtiva edəcək detalları nəzərə aldığını və üstünlüyünü göstərdiyini sübut edir.