Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatdı
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.
YeniZamantv.az xəbər verir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.