23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

 Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutularaq yad edilir. 

YeniZamantv.az xəbər verir ki, dövlət başçısı tərəfindən bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilmiş 27 sentyabr – Anım Günü ilə bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda tədbirlər keçirilib, ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar. II Fəxri xiyabanda torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun xatirəsi anılıb, nazirlikdəki barelyefi önünə gül səbəti qoyulub.

Keçirilən tədbirdə qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, onların xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Çıxış edən nazir 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizdən bəhs edib, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımızın 30 illik erməni işğalından azad edildiyini, həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı vurğulayıb.

Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin bölgədə sülhə və təhlükəsizliyə təhdid olan hərbi təxribatlarına qarşı aparılan lokal xarakterli antiterror tədbirlərini qeyd edərək, Azərbaycanın suverenliyinin tam təmin edildiyini söyləyib.

Bildirilib ki, dövlətimizin başçısı və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan şəhid ailələrinin və qazilərimizin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyi də ilk gündən ordumuzla həmrəy olaraq dəstək nümayiş etdirib, şəhid ailələrinin və müharibə veteranlarının müraciətlərinə, onların qayğılarına daim həssaslıqla yanaşılır.

Tədbirlərdə ədliyyə orqanlarında çalışan Vətən müharibəsi veteranları iştirak edib, ailə üzvü şəhid olmuş və döyüşlərdə yaralanmış əməkdaşlara diqqət və qayğı göstərilib.

Nazirliyin Zəfər muzeyində 44 günlük Vətən müharibəsi və vətənpərvərliklə bağlı filmlər, slaydlar nümayiş etdirilib, ədliyyə işçiləri və hakimlər tərəfindən mediada çıxışlar edilib, internet saytda və sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb.

Paylaşın:

Digər yazılar