20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İctimai birliyin icra etdiyi layihə-maraqlı anlar yaşandı…

 İctimai birliyin icra etdiyi layihə-maraqlı anlar yaşandı…

20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qalibidir. İctimai birliyin icra etdiyi layihə “ Müharibədən  zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” adlanır. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.

Layihənin rəhbəri Maral Zamanovanın YeniZamantv.az-a verdiyi məlumatda qeyd edilir ki, layihə müharibədən  zərərçəkmiş vətəndaşların , xüsusi ilə həssas qrupdan olan şəhid ailələrinin və müharibə iştirakçılarının aktivliyinin artıtılmasından bəhs edir.

Layihə çərçivəsində artıq tədbirlər icra olunub. Bakı şəhərində keçirilən tədbirdə şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri, layihə icraçıları iştirak ediblər.

8 oktyabr tarixində İctimai birlik “ Müharibədən  zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” layihəsi çərçivəsində Lənkəran-Astara  rayonuna səyahət etdilər.

Lənkəran-Astara  səyahətinin gündəliyi aşağıdakı kimidir:

1.Səhər saat 6.00-da xüsusi ayrılmış avtobusla təyin olunmuş ərazidən Lənkərana  hərəkət

  1. Saat 9.00-da səhər yeməyi
  2. Lənkəran rayonunda gəzinti
  3. Saat 13.00-da günorta yeməyi
  4. Saat 14.30-da Astara rayonunda gəzinti
  5. Saat 18.00-da Çay süfrəsi-Bakıya dönüş.

Verilən məlumata görə səhər tezdən xüsusi avtobusla şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri Lənkəran-Astara  rayonuna hərəkət etdilər. 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyinin sədri Maral Zamanova iştirakçıları salamlayaraq  layihə barədə məlumat verdi.

Layihənin eksperti  səfər gündəliyini xatırlatdı.

 

 

Yolda səhər yeməyi təşkil olundu.

 

                   

Daha sonra yola davam edilərək iştirakçılar Lənkəran şəhərinə gəldilər. Lənkəran şəhərinin mərkəzi küçələrindən birində  Heydər  Əliyev Momerial Parkı yerləşir. Səfər iştirakçıları ilk olaraq Parkda oldular.

       

Növbəti ziyarət isə Şəhidlər kompleksi  oldu. İştirakçılar Şəhidlər kompleksinin önünə gələrək, xatirələrini yad etdilər.

 

       

Lənkəran Tarix-Diyarşünaslıq muzeyi iştirakçıların böyük marağına səbəb oldu. Onlar eksponatlarla tanış oldular.

 

                     

 

                  

 

Lənkərana gələnlər mütləq burada bazarla tanış olurla . Hələ də tarixi, qədimliyi , əl əməyini yaşadan bazarda böyük simvollardan biri həsirdən səbətlərdir.

Günorta yeməyi də maraqlı məkanda təşkil olunmuşdu.

                   

 

               

Astarada səfər iştirakçılarını maraqlı anlar gözləyirdi. Layihə rəhbəri və ekspert həssas qrupların istirahəti,psixoloji durumlarının, əhvallarının yaxşılaşması, özlərində güvənin yaranması üçün hər detalı düşünmüşdülər. Sitrus bağı hamının heyrətinə səbəb oldu. İştirakçılara öz əlləri ilə mandarin, limon yığmaq üçün şərait yaradılmışdı.

 

             

 

       

Həssas qrupların sevincinin həddi-hüdudu yoxuydu. Bunu layihə eksperi ilə bölüşən iştirakçılar  çay, şirniyyat süfrəsi arxasında  şifahi sual–cavaba verdikləri cavablarda bildirdilər. Həm layihə Rəhbərinə həm də Ekspertə minnətdarlıq bildirildi. İştirakçılar bir daha dövlətə və insanlara gərəkli olduqlarını hiss etdiklərini dilə gətirərək, işğaldan azad olunmuş torpaqlara səfərlərin təşkilini arzuladılar. Xocalıdan olan iki iştirakçı növbəti səfərin Xöcalıda olacağına ümid etdiklərini dilə gətirdilər.

 

             

 

Daha maraqlı anlardan biri də geri dönərkən avtobusda keçirilən viktorina oldu. 10 doğru suala cavab verən  səfər iştirakçıları  hədiyyələrlə mükafatlandırıldılar. Bu ictimai birlik sədrinin növbəti sürprizi idi.Beləliklə, 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi daha bir layihəni uğurla başa vurdu.

Paylaşın:

Digər yazılar