20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Nədən və hansı bayramdan nə qədər pul qazanmaq istəyirsizsə , Zəfər Gününə toxunmayın

 Nədən və hansı bayramdan nə qədər pul qazanmaq istəyirsizsə , Zəfər Gününə toxunmayın
İki gündən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərimizin üçüncü ildönümünü qeyd edəcəyik.
Artıq bir müddət qabaq bütün idarə və müəssisələr Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilməsinə başlayıb.
Həmişə olduğu kimi böyük bir sektorun önündə getməli olan qurum – QHT Agentliyi geridə qalıb.
Bu gün eşitdim ki, 7 noyabrda Heydər Əliyev Mərkəzində formal bir tədbirin keçirilməsi planlaşdırılıb.
Tədbir sabah olsa da, hələ də QHT-ləri dəvət etməyiblər. Səbəbini araşdırdıqda məlum oldu ki, yalnız 2024-cü ildə əsasən qalib olması planlaşdırılan 200 QHT-ni dəvət etməlidirlər.
Həmin siyahının təsdiqi zaman tələb etdiyi üçün dəvətlərə başlaya bilmirlər.
Dünən həmkarım Mətanət xanım Əsgərqızı qeyd etdiyi tanınmış bir rejissorun çəkməli olduğu videoçarx da bu tədbir üçün nəzərdə tutulubmuş.
Amma adama elə təklif edilib ki, o da məsələyə aid status yazaraq rədd edib.
Nədən və hansı bayramdan nə qədər pul qazanmaq istəyirlərsə özləri bilər, amma Zəfər Gününə toxunmasınlar.
Bu həqiqətən müqəddəs gündür. Şəhidlərimizin ruhundan utansınlar.
Onsuz da bir neçə saat qalmış dəvət edəcəkləri tezbazar tədbirin necə olacağı indidən bəllidir. Formal çıxışlar, reklam dəqiqələri və musiqilər.
Heç olmasa o qədər protokol çıxışların yerinə Vətən Müharibəsinin iştirakçısı olmuş, tarixi Zəfərin əldə olunmasında bilavasitə iştirak etmiş 3-4 qəhrəmanımıza , qazimizə çıxış verin.
Yeni simalar tapın. QHT-lər onları da dinləsin.
Bu tək məmurların reklam tədbiri deyil ki, mübaribənin iştirakçılarının səbəbkar olduğu qələbə bayramıdır.
Bizdən demək…
İSBAM sədri Samir Adıgözəlli
Paylaşın:

Digər yazılar