20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Jurnalistlər binasının taleyi-şəhid ailələri niyə narazıdılar?

 Jurnalistlər binasının taleyi-şəhid ailələri niyə narazıdılar?
Artıq uzun illərdir  jurnalistlər binası ətrafında söz-söhbət səngimir. Baxmayaraq ki, cənab İlham Əliyev həmin binanın təməlini qoymuşdu, lakin bina kiminsə gözünə gözəl göründü və onun uğrunda mübarizə başladı. Ən qəribəsi bu işin arxasında duran məmurlar, elə xalq da cənab Prezidentin sözünün ağası olduğunun dəfələrlə şahidi olub. Həssas əhali qrupunu və jurnalistləri ondan narazı salmaq yolunu kimlər tuturla, maraqlıdır. Bu işin arxasında kimin durduğu da bir gün yəqin araşdırılar. Bu gün isə Jurnalist Araşdırmaları Mərkəzi ictimai birliyinin  sədri Seymur Verdizadə maraqlı bir paylaşım edib. 
YeniZamantv.az Seymur Verdizadənin paylaşımını olduğu kimi təqdim edir : Şəhid anası danışır ki, “Bakıda jurnalistlər üçün tikilmiş binadan ev almaq üçün fərdi qaydada müraciət etdim. Dedilər ki, bina jurnalistlər üçün inşa olunub, mənzillər də jurnalistlərə veriləcək”.
Jurnalistlərə isə deyirlər ki, üçüncü binadakı mənzillər şəhid ailələrinə veriləcək…
Məndə olan məlumata görə, indiyə kimi 1200-dən çox şəhid ailəsi Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binadan ev almaq üçün fərdi qaydada müraciət edib. Hər gün yeni müraciətlər olur. Hətta Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə, ölkənin digər böyük şəhər və rayonlarında dövlət tərəfindən evlə təmin olunmuş şəhid ailələri həmin mənzillərdən imtina edərək, jurnalistlər üçün tikilmiş binadan ev istəyirlər.
Kifayət qədər həssas durumdur. Ümid edirəm ki, bizə yaşatdıqları iztirabları bu dəfə şəhid ailələrinə yaşatmazlar…
Paylaşın:

Digər yazılar