23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Dünya Diabet Gününə həsr olunan tədbir keçirilib

 Dünya Diabet Gününə həsr olunan tədbir keçirilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Respublika Endokrinoloji Mərkəz inin, Azərbaycan Diabet Liqası İctimai Birliyinin və “Novo-Nordisk” şirkətinin dəstəyilə Dünya Diabet Gününə həsr olunan tədbir keçirilib.

 

YeniZamantv.az xəbər verir ki, tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Respublika Endokrinoloji Mərkəzin direktoru, t.ü.f.d. Nərmin İsmayılova açılış nitqi ilə çıxış edib və qonaqları salamlayıb. N.İsmayılova “Şəkərli diabet Tip 2 xəstələrində erkən diaqnozun qoyulması, vaxtında müayinə və müalicənin aparılması” mövzusunda çıxış edib.

 

Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, t.e.d. Valeh Mirzəzadə “Tip 2 şəkərli diabetin idarə olunmasında nə dəyişib?”, Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova “Pasiyentlərin terapevtik təlimi”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı professor, t.e.d. İsax Mustafayev isə “Diabet və ürək-damar xəstəlikləri” mövzusunda təqdimatla çıxış ediblər.

 

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 

Paylaşın:

Digər yazılar