Erməniləri Xankəndidən “Qarabağ klanı” çıxarıb – VİDEO
“Qarabağ klanı”nın Azərbaycana göndərdiyi tanınmış erməni qadın gizli tapşırığı ifşa edib.
YeniZamantv.az xəbər verir ki, “AZTV XƏBƏR”ə müsahibəsində İrəvan sakini, bloger Natali Aleksanyan bildirib ki, ermənilərin Qarabağı tərk etmələri məhz “Qarabağ klanı”nın göstərişilə olub.
“Gəlin, 90-cı illərdə baş verənlərə və son Qarabağ hadisələrinə baxaq. 90-cı illərdə mən uşaq idim. Heç nə görməmişdim. Amma bu hadisələri sonradan öyrəndim. Bildim ki, əsil məcburi köçkünlər 90-cı illərdə olub. Bir neçə ay əvvəl baş verənləri isə deportasiya adlandırmaq olmaz. Mən 24 saat qarabağlı ermənilərlə təmasda olmuşam. Onları Qarabağdan zorla çıxarmayıblar. Onlar azərbaycanlıları görməyiblər, sadəcə sərhəddə qarşılaşıblar və normal münasibətlə üzləşiblər. Ermənilərin Qarabağı tərk etmələri məhz “Qarabağ klanı”nın göstərişilə olub. İnsanlar hədə-qorxu ilə evlərindən çıxarılırdı”, – deyə N.Aleksanyan.
O qeyd edib ki, danışıqlar prosesi sürətlə gedir, amma Qərb bu prosesin qarşısını almağa çalışır: “Mən erməni kimi hesab edirəm ki, bu məsələ ancaq Ermənistanla Azərbaycan arasında həll olunmalıdır”.
Bloger Ermənistandan deportasiya edilmiş azərbaycanlıların yenidən burada yaşamasına normal yanaşdığını bildirib: “Bu məsələ sülhün və təhlükəsizliyin təminatı olacaq”.