QHT Agentliyinin tender oyunlarına son
Bir neçə gündür QHT Agentliyində tender saxtakarlıqları barədə yazdığım jurnalist araşdırması nəticə verdi.
YeniZamantv.az bu barədə sizinlə paylaşmaq qərarına gəlib:
DİQQƏT!!!
BUDUR NƏTİCƏ!!!
İqtisadiyyat Nazirliyinə sonsuz təşəkkür edirik. QHT Agentliyindəki qanunsuzluqlara SON QOYULMAĞA başladı.
QHT Agentliyinin 2 qanunsuz tenderi ləğv edildi. Bu da sizlər üçün sübut.
Özbək QHT-lərin Azərbaycana səfəri və əməkdaşlıq Forumu üçün elan edilmiş tender də ləğv edilib. Hamı gözəl bilir niyə QHT Agentliyi bu tədbirləri etməyə tələsirdi.
İndi yəqin aidiyyəti qurumlar öz izahatlarını almağa başlayar. Tender ləğv edildiyi halda bu boyda tədbir hansı vəsaitlə gerçəkləşdirildi?
Biz hər şeyi diqqətlə izləyirik.
Yaxın günlərdə tender komissiyasında hansı üzvlərin yerinə saxta imza çəkilməsi barədə də geniş açıqlama verəcəyik.
Bir daha başda Mikayıl Cabbarov olmaqla QHT Agentliyindəki qanunsuzluqlara göz yummayan, dövlətini və onun rəhbərini sevən hər bir məmura minnətdarlığımızı bildiririk.
https://etender.gov.az/main/competition/detail/295958
P.S. Növbə Azərbaycan Prezidentinin Administrasiyasınındır! Tez-tez deyilir ki, nə qədər istəyirlər yazsınlar. PAKETİMİ VERMİŞƏM.SÖHBƏT ÖLÜB…
Mətanət Əsgərqızı
YeniZamantv.az