20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT AGENTLİYİNİN TENDERLƏRİNİN TALEYİ…

 QHT AGENTLİYİNİN TENDERLƏRİNİN TALEYİ…
Artıq uzun müddətdir ki, bir qrup QHT rəhbəri QHT Agentliyindəki korrupsiya əməllərini ictimailəşdirirlər. Növbəti belə informasiyanı jurnalist Mətanət Əsgərqızının sosial şəbəkə hesabından oxuduq. Yazını diqqətinizə çatdırırıq:
DİQQƏT,VACİB MƏSƏLƏ!
Hörmətli dostlar,
Bir neçə gün öncə QHT Agentliyi ilə bağlı ciddi bir qanun pozuntusu olan jurnalist araşdırmasını təqdim etdim.
Deməli, QHT Agentliyi 02 oktyabrda Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu etmək üçün formal bir ad qoyduğu tenderi elan edir. Tender rəsmi olaraq 02 noyabrda bitir və səhəri gün zərflər açılır. Lap deyək ki, əlavə də 1 həftə gecikmə olur.
Amma hələ də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “etender.gov.az” saytında qeyd edilən tenderi davam edən kimi göstərirlər.
Məsələ ilə bağlı Xidmətə rəsmi məktub təqdim edilsə də, ilk olaraq bildirdilər ki, hələ qiymətləndirmə prosesindədir. Yenidən onların diqqətinə çatdırılanda ki, 26 noyabrdan artıq Özbəkistan nümayəndə heyəti gəlib və tədbir edirlər, o zaman əl-ayağa düşdülər.
Hətta Xidmətin Əhməd Həsənov adlı şöbə müdiri zəng etdirib bu məsələni çox şişirtməməyi xahiş etdirdi. Sonra araşdıranda həmin şəxsin QHT Agentliyinin bütün tenderlərinin rahatlıqla qəbul edilməsinə kömək etdiyini öyrəndik.
Nə isə, kim nə qazanır ortada özü bilər, amma ölkənin qanunları var. Özbəklər də getdi, amma tender hələ qiymətləndirmədədi deyirlər.
Ümid edirəm ki, hörmətli nazirimiz Mikayıl Cabbarov bu qanunsuzluq barədə həmin Xidmətə lazımi iradını bildirəcək.
@Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Paylaşın:

Digər yazılar