23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Məleykə Əlizadə: “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilməsi bu problemləri həll edəcək”

 Məleykə Əlizadə: “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilməsi bu problemləri həll edəcək”

“Reproduktiv sağlamlıq haqqında” qanunun olmaması reproduktiv sağlamlıq haqqında ciddi problemlərə yol açır. Azərbaycanın selektiv abortlar üzrə dünyada 1-ci yerdə olması, Ailə planlaşdırılmasının olmaması və Ailə Planlaşdırma Mərkəzlərinin ləğv edilməsi, erkən və qohum nikahların artması və bu evlilikdən sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsi, infeksion xəstəliklərin artması, yeniyetmələrin cinsəl məlumatsızlığı ucbatından ciddi problemlərin yaranması, sonsuzluq problemləri və s. əsas müzakirə mövzusu olmalıdır”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir, 100 qıza 115 oğlan düşür: “BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır”.

Son günlərdə ölkəmizdə qızılca yoluxması nəticəsində ciddi fəsadların, hətta ölüm faktlarının olması bu sahədə məlumatsızlığın göstəricisi olduğunu bildirən QHT sədri əhali ilə kifayət qədət maarifləndirmə işlərinin aparılmaması, hələ kiçik yaşlarından insanlara bu barədə təhsil verilməməsinin acı nəticələrə səbəb olduğunu da vurğulayıb: “İstər ümuməhsil məktəblərində, istərsə universitetlərdə reproduktiv sağlamlıq haqqında tədrisin olmaması əsas problemlərdən biridir. COVİD-9 bir daha göstərdi ki, bu sahədə ciddi addımlar atılmalıdır. Bu dövrdə dövlətin dərhal ciddi işlərə başlaması Azərbaycanın bu problemdən daha az fəsadlarla çıxmasına imkan verdi”.

Məleykə Əlizadə  həmçinin bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunun cəmiyyət üçün nə qədər vacib olduğunu və sağlam cəmiyyət üçün sağlam nəslin yetişdirilməsində yalnız müsbət rol oynayacağına hər kəs israrlıdır: “Qanun mövcud olduğu halda reproduktiv sağlamlığı əhatə edən bütün sahələrin müntəzəm nəzarət altında fəaliyyət göstərəcəyi mümkün olacaqdır. “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilməsi bir çox problemləri həll edəcəkdir:

  • Yeniyetmələrin cinsəl maarifləndirilməsi qanunla nəzərdə tutulacaqdır;
  • Erkən və qohum nikahlar qanunla qadağan ediləcəkdir;
  • Selektiv abortların qarşısını almaq üçün bununla bağlı müəyyən maddənin olması “qızlara qarşı ana bətnində  soyqırıma” son qoyacaqdır;
  • USM mütəxəssislərinin məlumatlandırılaraq cinslərin müəyyən edilməsinə məhdudiyyət qoyulmasına nail olunacaqdır;
  • Ailə planlaşdırma mərkəzləri yaradılaraq gənclər məlumatlanacaqlar;
  • Davamlı maarifləndirmə işlərinin aparılması üçün aidiyyatlı qurumlar arasında koordinasiya olacaqdır”.

 

Paylaşın:

Digər yazılar