23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Məni niyə söydürürsüz?-Sanki hamı gözləyir ki, məsələ cənab Prezidentin masasına qədər çıxsın…

 Məni niyə söydürürsüz?-Sanki hamı gözləyir ki, məsələ cənab Prezidentin masasına qədər çıxsın…

Son zamanlar QHT Agentliyindəki tender oyunları, korrupsiya halları ilə bağlı bir  qrup Vətəndaş Cəmiyyəti fəallarının sübutlara dayanan faktları ölkə gündəmini zəbt edib. Lakin nədənsə baş verənlərlə bağlı aidiyyəti qurumlar tərəfindən ciddi tədbirlər görülmür.Sanki hamı gözləyir ki, məsələ cənab Prezidentin masasına qədər çıxsın. Cavabdehlər bilmirləmiş kimi hərəkətə keçsinlər.

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının sosial şəbəkə hesabında yazdığı paylaşım maraq doğurduğundan,  olduğu kimi diqqətinizə çatdırırıq:

MƏNİ NİYƏ SÖYDÜRÜSÜZ? Biləsiz, dövlət maraqlarını, cib maraqlarına dəyişən hər kəsə qarşı mübarizə aparmağa sona qədər varam.Qaldı o kiçik ağılsız başınızla məni bu yoldan döndərmək üçün trollara, saytlara özünüzə yaraşanı ötürməklə düşünməyin ağzımı yumasız. Mən fakt qoyuram ortaya, siz qarayaxma ilə məşğulsunuz. Çünki siz o tender oyunlarınızı, korrupsiya əməllərinizi genişləndirdikcə, yazacam ki, yazacam. Aygün Əliyevanın özü dediyi kimi yuxarıya paket verdiyi adamlar düşünürdülər ki, biz yazıb dayanacağıq. Amma belə olmadı. Çünki burada şəxsi məsələ yoxdur. Burada dövlətin, onun rəhbəri İlham Əliyevin etibarından və etimadından saxtakarcasına istifadə, böyük korrupsiya əməlləri var. Ona görə yazdırın, nə qədər istəyirsiz yazdırın.Arada evinizdəkilərə, katibələrinizə deyin, sevgililərinin yanında korrupsiya oyunlarınızdan danışmasınlar, onların da dostları, rəfiqələri var…nırç nırç. Guya yazdırmaqla nə əldə edirsiz ay binəvalar??? Bütün faktlar əlimdə, dövlətimin qapısına dayanmaq haqqı da məndə! Görünür bu saytın rəhbəri də yaman sizin kimi pulagirdir. Di gətirin ortaya o şəhid ailəsini ki, bir stəkan çayını içmişəm… Hələliksə, korrupsiya, tender oyunlarınızı davam etdirin!

Sabah daha yeni faktlar ictimailəşdirəcəm!
Dostlar, xirtdəyə qədər zibilin içində olan Agentliyin İcraçı direktoru, QHT-lərin gözünü qorxutmaq üçün məşq edir. Anlamır ki, biz nə icra hakimiyyətindəki süpürgəçiyik, nə də uşaq baxçalarının müdiriyik, gözümüzü qorxutsun. HƏLƏ HAZIRLAŞ , SİLDİYİN PULLARIN CAVABINI VERMƏYƏ,SONRA MƏNİ QARALA, Sayğılarla.
P.S. Tikdiyim, dəbdəbəli ofis, məhz Şəhid Ailələri, Qazilər Mərkəzidir. Onlara da elə belə ofis yaraşır!!! Banklardan götürdüyüm kreditlərin də ödənişi əlimdədir. Şərləmək, ləkə yaxmaqla deyil ki…
Hə, indi də sayta verdiyiniz sifariş yazınızı  özüm paylaşıram ki, insanlar sizin şər maşınınızdan xəbərdar olsunlar!!!
https://manset.az/news/92782/metanet-esgerqizi-sehid-ailelerini-nece-aldadib?fbclid=IwAR0tVQAAtbtzUnrXbVrhluDSAjjTuXuIJtmFmzvog39o5BqDkWbUwQfsDE4
Paylaşın:

Digər yazılar