Şaxta baba kimdir? – ARAŞDIRMA
Uşaqların bir çoxu və hətta bəzi böyüklər “Şaxta baba”nın varlığına inanırlar.
YeniZamantv.az xəbər verir ki, Şaxta baba bir çox dillərdə müqəddəs, Nikola (Klaus), Noel və ata sözlərindən yaranan adlarla xatırlanır: Santa Klaus, Papa Noel və s.
Bundan əlavə, bəzi Avropa və Latın Amerikası ölkələrində istifadə edilən Kris Kringle adı ilk dəfə Martin Lüter tərəfindən istifadə edilən Alman Kristkind (Uşaq Məsih) adının təhrifidir. Bu ad o dövrün mühafizəkar katolik dairələri tərəfindən Santa Klausu əvəz etmək üçün qəbul edilsə də, protestant kilsələri daha dünyəvi Santa Klaus adını və onun törəmələrini qəbul ediblər.
Həqiqətən, Şaxta baba kimdir?
Xalq arasında Santa Klaus kimi tanınan Müqəddəs Nikolay Likya Birliyinin Kaş mahalının paytaxtı Patarada anadan olub və 6 dekabr 343-cü ildə Demrədə ölüb.
Məhz bu baxımdan 6 dekabr Müqəddəs Nikolay Günü kimi qeyd olunur.Dekabrın 6-da bir çox ölkələrdə uşaqlara hədiyyələr verilir. Nikola Hollandiyada Sinterklaas (Müqəddəs Klaas) kimi tanınırdı. Hollandiyalı immiqrantlar Amerikaya çatdıqda, bu ad tədricən Santa Klausa çevrilib.
Santa Klausun bugünkü obrazı karikaturaçı rəssam Tomas Nastın Harper’s Weekly jurnalında 3 yanvar 1863-cü ildə dərc olunmuş rəsmlərinə əsaslanır.
Məşhur Santa Klaus şəkli illüstrator Haddon Sundblumundur. /sfera.az/