19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Adil Əliyev “Heydər Əliyev Kuboku” döyüş gecəsi qaliblərini təbrik etdi

 Adil Əliyev “Heydər Əliyev Kuboku” döyüş gecəsi qaliblərini təbrik etdi

9 dekabr tarixində  Almaniyanın paytaxtı Berlin şəhərində, Milli Məclisin Gənclər və İdman Komitəsi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dünya Kikboksinq Təşkilatları Assosasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Kuboku” döyüş gecəsi keçirilib.

YeniZamantv.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisin sədr müavini, Milli Məclis Gənclər və idman komitəsinin sədri Adil Əliyev  öz sosial şəbəkə hesabında paylaşım edib:

“Heydər Əliyev Kuboku”nda 7 peşəkar döyüş keçirildi. Kubokun əsas döyüşlərindən biri də “WAKO Pro” Avropa kəməri uğrunda baş tutdu. Bütün idmançılarımız uğurla çıxış etdilər. Ümumi hesab 6-1 Azərbaycan kikboksçularının xeyrinə sonlandı. Tədbirimizə qatılan, idmançılarımızı dəstəkləyən, hər kəsə öz təşəkkürümü bildirirəm.

       

Paylaşın:

Digər yazılar