“Bu, erməni tərəfinin növbəti yalançı rəvayətidir” – Hikmət Hacıyev
“ABŞ Prezidenti Co Bayden administrasiyasının üzvləri Ağ Evin Azərbaycan-Ermənistan arasında çətin və strateji baxımdan həyati əhəmiyyət kəsb edən sülh danışıqlarında vasitəçilik rolunu oynaya bilməsi üçün fərqli münasibət göstərməlidirlər”.
YeniZamantv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Newsweek”ə müsahibəsində bildirib.
Hikmət Hacıyev deyib ki, Amerikanın onillər boyu davam edən Qarabağ münaqişəsi ilə bağlı əlaqəsiz mövqeyi Bakıda narahatlığa səbəb olub.
Prezidentin köməkçisi ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişdən də bəhs edib:
“Bakı 907-ci düzəlişi anlaşılmaz və ABŞ Konqresinin tarixində ən ədalətsiz düzəlişlərdən biri hesab edir. Azərbaycanın heç bir xarici yardıma, dəstəyə ehtiyacı yoxdur. Azərbaycan özünü təmin edən ölkədir. Amma burada psixoloji aspekt və siyasi aspekt çox vacibdir, çünki bu, Azərbaycana qarşı ədalətsiz münasibət idi”.
O, həmçinin qeyd edib ki, sentyabr ayındakı antiterror tədbirləri Moskva ilə razılaşdırılmayıb:
“Bu, erməni tərəfinin növbəti yalançı rəvayətidir. Bu əməliyyatın başlaması üçün heç bir planımız yox idi. Amma başqa seçimimiz qalmamışdı”. /Bizim.Media