24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildi

 Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildi

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

YeniZamantv.az  xəbər verir  ki, “Qafqazinfo”-nun   əldə etdiyi məlumata görə, Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manata yaxındır.

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.

Məsələ ilə bağlı Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzovla əlaqə saxladıq. Palata sədri saytımıza bildirdi ki, barələrində cinayət işi başlanılan şəxslər vəzifələrindən kənarlaşdırılıblar. V.Novruzovun sözlərinə görə, özü istintaqa ifadə verməyib. 

Paylaşın:

Digər yazılar