20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Putin: “Ukraynanın ərazi bütövlüyünə yalnız Rusiya zəmanət verə bilər”

 Putin: “Ukraynanın ərazi bütövlüyünə yalnız Rusiya zəmanət verə bilər”

Rusiya prezidenti Vladimir Putin Qərbi Ukraynada yaşayan bir çox insanın öz torpaqlarının yenidən Polşa, Rumıniya və Macarıstanın tərkibinə daxil olmasını istədiyini, Ukrayna dövlətinin ərazi bütövlüyünə zəmanət verə biləcək yeganə dövlətin Rusiyanın olduğunu bildirib.

YeniZamantv.az xəbər verir ki, Müdafiə Nazirliyinin geniş kollegiya iclasında verdiyi açıqlamada Putin Ukraynanın İkinci Dünya Müharibəsindən sonra bütün ərazilərini ələ keçirdiyinə diqqət çəkib.

Putinin sözlərinə görə, İosif Stalin bəzi Polşa torpaqlarını, o cümlədən 10 milyon əhalisi olan Lvov şəhərini Ukraynaya verib, bəzi rayonları isə Rumıniya və Macarıstandan alıb.

Putin, “O, hər şeyi Ukraynaya verib. Orada yaşayan insanlar – ən azından mən 100 faiz əminəm – öz tarixi vətənlərinə qayıtmaq istəyirlər. Bu torpaqları itirən ölkələr isə bu torpaqları geri almaq arzusundadırlar. Bu mənada yalnız Rusiya Ukraynanın ərazi bütövlüyünə zəmanət verə bilər.”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 3 Su-34 döyüş təyyarəsinin Ukrayna ordusu tərəfindən vurulduğunu bildirib.

Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiyaya məxsus 3 Su-34 döyüş təyyarəsinin Xerson vilayətində Ukrayna müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.

Sözügedən təyyarələri vurduğu üçün Ukrayna Hərbi Hava Qüvvələrinə minnətdar olduğunu vurğulayan Zelenski, “Cənub istiqamətində, bizim Xerson bölgəsində eyni anda 3 Rus “Suşka”sını (Su-34) məhv edən əsgərlərimizə təşəkkür edirəm”.

Zeleneski qeyd edib ki, ölkəsinə qarşı heç bir hücum “qarşılıqsız” qalmayacaq.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat Rusiya döyüş təyyarələrinin vurulması ilə bağlı yerli mətbuata açıqlama verib.

İqnat, idarə olunan bombalarla yüklənmiş Rusiya döyüş təyyarələrinin cənub istiqamətində Ukrayna əsgərlərinə hücum etmək üçün çox yaxın məsafədən uçduğunu ifadə edərək, “İşğalçıların daha çox belə uğursuz risklərə əl atacağına ümid edirik” dedi.

İqnat Rusiya ordusuna aid 3 döyüş təyyarəsinin vurulmasını “vacib hadisə” kimi qiymətləndirib.

Paylaşın:

Digər yazılar