Bakıdakı 32 erməni bunun nəticəsində qaytarıldı – Simonyan
Ermənistan parlamentinin sədri Alen Simonyan rəsmi İrəvanla Bakı arasında birbaşa təmasları istisna etmir.
YeniZamantv.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında vasitəçilərin öz maraqlarını təmin etməyə və təsir imkanları yaratmağa çalışdıqlarını deyib:
“Sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu da təbiidir”.
A.Simonyan bildirib ki, tərəflərin birbaşa təmaslarla bağlı təcrübəsi var:
“Məsələn, Azərbaycandakı 32 erməni birbaşa təmaslar nəticəsində qaytarıldı. Amma təbii ki, beynəlxalq ictimaiyyət də nəzərə alınmalıdır”. /axar.az/