İmmuniteti gücləndirir, müqaviməti artırır… – Vitamin və minerallarla zəngin MEYVƏ
Vitamin və minerallarla zəngin olan əncirin bir çox faydası var.
YeniZamantv.az xəbər verir ki, əncir tərkibindəki A, E və K vitaminləri ilə sağlamlığı qorumağa kömək edən meyvədir. Antioksidantlarla zəngin olan qurudulmuş əncir immuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Quru əncir qəbizliyin müalicəsində daha təsirlidir. Lakin meyvələr quruduqda tərkibindəki şəkərin miqdarı artır. Bu səbəblə qurudulmuş meyvələr orta dərəcədə istehlak edilməlidir. Tərkibində şəkər yüksək olduğu üçün quru ənciri şəkər xəstələrinin yeməsi məsləhət deyil. Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar.
Qeyd edək ki, 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir. /sfera.az/