22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT Agentliyinin və Tural Əliyevin hikkəsi…

 QHT Agentliyinin və Tural Əliyevin hikkəsi…

20 yanvar faciə günü ərəfəsində QHT- lərə Dövlət Dəstəyi Agentliyi həssas qruplarla işləyən təşkilat rəhbərlərini dəvət edib.

YeniZamantv.az xəbər verir ki, lakin bilərəkdən belə təşkilatların sırasında olan yeganə 20 yanvar şəhidinin qızı Maral Zamanovanı çağırmayıblar. Maral Zamanova Agentliyi və onun başında duranları sağlam tənqid edir. Tural Əliyev deyir bunları sektora yaxın qoymayın, tədbirlərə dəvət etməyin. Aygün Əliyeva deyir bunları bu sektordan siləcəm. Əcaba zamanında Ulu öndər Heydər Əliyevi, cənab Prezidentimiz İlham Əliyevi ifrat, mənasız tənqid edənlərə qarşı represiya tətbiq etmədilər.İndi siz camaatın heysiyyatına toxunun, adınız korrupsiya əməlində hallansın, bir oyun da qurun? Maraqlıdır, dünən müğənni Röyanın prodüseri olanda noolar, bu gün bu böyüklükdə sektor tapşırılıb Tural Əliyev niyə məhz sağlam tənqid edənləri dəvət edib faktları öyrənməyə cəhd etmədi? Bundan görünür ki, maraqlı deyil, yalnız Aygün Əliyevanı qoruyur , onun məqsədi Hikmət Hacıyevin gözündə qaldırmaqdır.Nə də olsa Aygün Əliyeva pul paylayandır. Amma unutmayın, bu ölkədə Prezidentimizdən başqa heç kim əlahiddə səlahətə malik deyil. Nə həssas qruplarla işləyən təşkilat rəhbərlərini, şəhid ailələrini aşağılaya bilərsiz, nə də bilərsiz.  Özünüzü rahatlamağa yaman əminsiz ki, bu ölkədə heç kim baş verənlərlə bağlı cənab Prezidentə söz çatdıra bilməz. Çünki bu sahə Hikmət Hacıyevə tapşırılıb.Siz əmin olun və səhvlər buraxmaqdan davam edin!

Mətanət Əsgərqızı

YeniZamantv.az

Paylaşın:

Digər yazılar